AranNews- Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yüksəlib.
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteni xəbər verir ki, ölkədə ABŞ dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,05% və ya 0,0005 manat azalaraq 0,0226 manat olub.