Tarix : 2016 Jan 01
Kod 47421

Azərbaycana qarşı layihə ABŞ konqresinə təqdim olunub

Azərbaycan Respublikası mediaları Amerikadakı nüfuzlu yəhudi lobbisi tərəfindən rəsmi Bakıya qarşı daha bir layihənin təqdimindən xəbər veriblər.
AranNews- Bu məsələ göstərir ki, Azərbaycan Respublikası hökumətinin Amerikadakı yəhudi lobbilərinin dəstəyini cəzb etmək üzrə xərcləri hədər gedib və səmərəsiz olubdur.
Bundan öncə də Azərbaycan Respublikası hökumətinə qarşı sanksiyanın tətbiqi üçün bir amerikalı senator tərəfindən ABŞ konqresinə bir layihə təqdim olunmuşdu.
Bu sanksiyalar Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmilərinin Amerikaya səfər üzrə vizalarının ləğvi və maliyyə məhdudiyyətlərinə şamil olur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin layihəyə reaksiyada onu öz daxili işlərinə müdaxilə, həmçinin Amerikada yaşayan ermənilərin və Ermənistan lobbisinin Bakıya qarşı səylərinin nəticəsi adlandırıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 01
  • Göndərən مدير سايت Aran News