Tarix : 2016 Jan 01
Kod 47428

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları aktivləşməyə başlayıblar

terrorçuların silahlarının səsi yeni milad ili münasibəti ilə havaya atılan fişənglərin səsinə qarışıb.
Arannews- Ötən gün sabitliyin hökm sürdüyü Türkiyənin Diyarbəkir vilayətində yeni ilin ilk dəqiqələrində PKK terrorçuları aktivləşməyə başlayıblar.
komendant saatının davam etdiyi Sur rayonunun müxtəlif yerlərindən silah səsləri gəlməyə başlayıb. Rayon ərazisində vaxtaşırı partlayışlar da baş verib və partlayışın səsi uzaq yerlərdən də eşidilib. terrorçuların silahlarının səsi yeni milad ili münasibəti ilə havaya atılan fişənglərin səsinə qarışıb.
Şırnak vilayətinin Cizre rayonunda da polislərlə PKK terrorçuları arasında insident baş verib. Atışma zamanı 1 xüsusi təyinatlı polis əməkdaşı öldürülüb, 5 polis isə yaralanıbdır. Bu, daxili asayişində intensiv gərginliyin yaşandığı Türkiyədə 2016-cı ilin ilk qurbanı olub. İnsident zamanı yaralanan polislər xəstəxanaya çatdırılıblar.
Bölgədə terrorçuların zərərsizləşdirilmələri istiqamətində əməliyyatlar davam edir.


  • Yazılıb
  • da (də) 2016 Jan 01
  • Göndərən مدير سايت Aran News