Tarix : 2008 May 19
Kod 4743

AZƏRBAYCAN RESPUBLİKASINDA DİL MƏSƏLƏSİNƏ BİR BAXIŞ

Tarix boyu dil məsələsi etnik məsələlərlə sıx əlaqədə olub.Buna görə, Azərbaycan respublikasında dil məsələsini araşdırdığımız zaman etnik məsələsinə də diqqət yetirməliyik
Azerbaijan Servisi/Aran Agentliyi
Yazıçı: Professor Rza İnayətullah   
Xülasə:
İndiki Azərbaycan respublikasının adı İran və suriyalı mənbələrində “Aran آران” və “Ran ران”, Yunan və qədim Roma qaynaqlarında “Albaniyaآلبانیا  ” , Erməni mənbələrində “Alvan آلوان =İIğvan اغوان” və Gürcü mənabələrində “ İbryayı ایبریایی” sözü “Ranı رانی” şəklində qeyd edilmişdir.Herodot(e.ə 5, 6-cı əsrlərdə)indiki Azərbaycan respublikasında yaşamış üç tayfanın adını, o cümlədən, Mikمیک (muxuy), Kasp کاسپ və Uti اوتی qeyd etmişdir.Milad ərəfəsində yaşamış, Strabon bu əraziyə aid 26 qəbilə və tayfanın adını yazmışdır.Aranda(Albaniya)məşhur tayfalar mövcud idi.o cümlədən, Kats کاطس(Kasp کاسپ), Alban آلبان(Ranران), Mikمیک  (bu tayfa "Muğan"sözünə bənzədilib və bir tayfa olduğunu yazıb)Gel گل(Gil گیل ), Uti اوتی(Udin اودین) və Gərgər گرگر, Silo سیلو(Yelp یلب), Lopen لوپن(Lipin لیپین), Vatوات , Qavگاو, qluar گلوآر, Xırsan خرسان, Xiçmatak خچماتاک, Pasx پاسخ(Pusx پوسخ), Pukvan پوکوان, Tavasparan تاواسپاران, Xibivan خی بیوان, Lahıc لاهیچ,Tat تات,Talış تالش,Buduq بودوگ, kiriz کریز, kürd کردو və Xinaloqdan خینالوگ.Bu tayfaların adı qədim və müasir mənbələrdə qeyd edilmişdir.
Tarix boyu dil məsələsi etnik məsələlərlə sıx əlaqədə olub.Buna görə, Azərbaycan respublikasında dil məsələsini araşdırdığımız zaman etnik məsələsinə də diqqət yetirməliyik.
Rusiya inqilabı və Sovet hakimiyyəti bərpa olduqdan sonra Aran vilayətinə ilk növbədə "Azərbaycan Respublikası" sonra isə “Azərbaycan Sosiyalist Sovet Respublikası”adı verilmişdir. Bu dövürdə fars dilinin yayılmasının qarşısı alındı.Bu yurdda istifadə olunan fars əlifbası birinci  latin əlifbasına sonra isə Rus əlifbasına dəyişdirildi.İran məktəbləri bağlandı.Hətta bu respublikada yaşayan iranlılar,  fars dilində təhsil almaqdan məhrum oldular.
İndiki Azərbaycan respublikasının adı İran və suriyalı mənbələrində “Aran آران” və “Ran ران”, Yunan və qədim Roma qaynaqlarında “Albaniyaآلبانیا  ” , Erməni mənbələrində “Alvan آلوان =İIğvan اغوان” və Gürcü mənabələrində “ İbryayı ایبریایی” sözü “Ranı رانی” şəklində qeyd edilmişdir.Herodot(e.ə 5, 6-cı əsrlərdə)indiki Azərbaycan respublikasında yaşamış üç tayfanın adını, o cümlədən, Mikمیک (muxuy), Kasp کاسپ və Uti اوتی qeyd etmişdir.Milad ərəfəsində yaşamış, Strabon bu əraziyə aid 26 qəbilə və tayfanın adını yazmışdır.Aranda(Albaniya)məşhur tayfalar mövcud idi.o cümlədən, Kats کاطس(Kasp کاسپ), Alban آلبان(Ranران), Mikمیک  (bu tayfa "Muğan"sözünə bənzədilib və bir tayfa olduğunu yazıb)Gel گل(Gil گیل ), Uti اوتی(Udin اودین) və Gərgər گرگر, Silo سیلو(Yelp یلب), Lopen لوپن(Lipin لیپین), Vatوات , Qavگاو, qluar گلوآر, Xırsan خرسان, Xiçmatak خچماتاک, Pasx پاسخ(Pusx پوسخ), Pukvan پوکوان, Tavasparan تاواسپاران, Xibivan خی بیوان, Lahıc لاهیچ,Tat تات,Talış تالش,Buduq بودوگ, kiriz کریز, kürd کردو və Xinaloqdan خینالوگ.Bu tayfaların adı qədim və müasir mənbələrdə qeyd edilmişdir.
Strabon, Albaniyada(Aran)26 tayfanın yaşadığını qeyd edərək, yazıb:-hər bir tayfanın özünə məxsus dili var.əhali 26 dildə danışmışdır.4
Tədqiqatçıların yazdığına görə, həmin tayfaların bəzisi indiki Azərbaycan respublikasında yaşayırlar.o cümlədən, tatlar, talışlar, odinlər(özlərini Udi ya Uti adlandırırlar.), Şahdağ tayfasına aid buduqlar, krizlər və xınaloqlar.bu tayfaların özünə aid dilləri var.5
indiyə kimi Aran dilinə aid bir sıra xüsusı isim və tayfaların adından başqa ayrı söz yoxdur.5-ci əsrdə" Mesrop Maştots"adlı Erməni keşişi, Aran dilinə aid əsərləri kitab şəklində toplamışdır.Bu dövrdə Aran dilinin mövcudluğuna işarə edilmişdir.5-ci əsrdə Erməni tarixçisi Musa Xorni “Ermənistan tarixi”adlı kitabında bu mövzuya geniş şəkildə toxunmuşdur.6mənbələrdən məlum olur ki, Aran dilinin mənşəyi və əsası, Gərgər tayfasının dili olmuşdur.Musa Xorni bu mövzuya işarə edərək, yazıb:- “Mesrop Maştots Gərgərlərin sərt, ritmsiz və vəhşi dilinə əlifba yaradıb”7
Aran dili hansı dil qrupuna aid olması, Qafqazşünasların daima müzakirə mövzusu olub.Gürcü tədqiqatçısı Şanidze iddaia edir ki,  Qafqaz ərəblər tərəfindən işğal edilməsinə baxmayaraq, bu ərazidəki xalqlar öz dillərində danışmışdılar8.
4-cü(hicri)əsrin alimi İbn-i Hoqol, Bərzəə(Bərdə) dağlarının ətrafında çox saylı dillərin və ləhcələrin olduğunu qeyd edərək, yazmışdır:-“Bərzəə xalqının dili Aran dilidir.”9
İbn-i Hoqolun sözündən belə nəticə çıxarmaq olar ki, Aran dili onun dövrünə qədər davam etmişdir və bu dil sonralar məhv edilmişdir.Akademik Bartoledin fikrincə, Aran xalqının yazıları olmuş və bu dilə İncil kitabı tərcümə edilmişdir.10
Ancaq zaman keçdikcə Aran dili və yazıları məhv olmuşdu.11
Bəzi alimlər buna şübhə edirlər ki, əgər bir tayfanın dili, əsəri və müqəddəs kitabı varsa, necə məhv ola bilər?Bartoled həmin alimlərin cavabında yazmışdır:- tarixdə bu növ tayfalar çoxdur.o cümlədən," Xarəzm dili 11-ci əsrə kimi yaşamasına baxmayaraq, nəhayət bu dil məhv olub getdi. Lakin bu dilə aid olan bəzi sözlər bu günə kimi mövcuddur.Məncə, Aran (Alban) dilinə aid bəzi sözlər bu xalqın  dilində qorunub və bu sözlərə keçmiş Bakı əyalətində yaşayan əhalinin dilində rastlaşmaq mümkündür."12
Bir dilin məhv edilməsi yaxud başqa bir dillə əvəz edilməsi yeni bir fikir deyil.belə hadisələrə dəfələrlə tarixdə rastlaşmışıq.Misir və Şimali Afrikanın dili assimliyasiya uğrayıb və Ərəb dili bu ərazilərdə istifadə edilir.yaxud Orta Asiyanın, Aranın, Azərbaycanın və Kiçik Asiyanın dilləri məhv edilərək, Türk dili yerinə keçmişdir.
Bir müddət sonra Aran ölkəsi Aran, Şirvan, Qarabağ və başqa əyalətlərə bölündü.bu ərazilərin bəzi xalqları iran mənşəlidilər və öz dillərini qoruyub saxlayıblar.o cümlədən, Gillər, Talışlar, Tatlar və lahıclar.Aran və Şirvan bölgələrində İrandilli tayfaların yaşamaqları səbəb olublar ki, “dəri farsi” dili başqa xalqların içərisində geniş şəkildə yayılsın.İrandilli tayfalar, qafqazda türklərin hakimiyyəti dövründə öz dillərini qorumuşdular.İran-Rusiya müharibələrindən sonra və Qafqazda rusların hakimiyyəti zamanı, fars dili yüksək səviyədə idi. Mirzə Fətəli Axundov, AbbasQulu Ağa Bakıxanov və başqa böyük alimləri kimsə məcbur etməmişdi ki, fars dilində əsərlər yaradsınlar.Xüsusi və dövlət məktəblərindən başqa, hətta Qafqazın məktəbxanalarında tələbələr fars dilində təhsil almışdılar və bu dildə danışmışdılar.heç bir zaman Qafqazda fars dilinin öyrədilməsi icbari olmamışdır, bəlkə könüllü və sərbəst şəkildə idi. Fars dilinin inkişafını və yayılmasını Dərbənddə, Tifilisdə, Şirvanda, Bərdədə, Beylaqanda, Naxçıvanda, Kür çayın ətrafında aydın şəkildə görmək mümkündür.Xaqani Şirvani bu haqqda yazıb:
“ bir gün kiçik bir adam Kür çayını ifrat dərəcədə tərifləyərək, deyirdi:-Kür çayı Qəndhar və Qırvan çaylarından üstündür.yüzminlərlə təriqət və elm burada mövcuddur.
Hörmətli və dəyərli tədqiqatçı, Əziz Dövlətabadı"Qafqazın farsdilli şairləri və yazıçıları"adlı kitabında 170 şairin həyatı və yaradıcılığını araşdırıb.o cümlədən, Xaqani Şirvani, Nizami Gəncəvi, Müceyriddin Beyləqani, Əbüləla Gəncei, Məhəsti Gəncei və ...13
Rusiya inqilabı və Sovet hakimiyyəti bərpa olduqdan sonra Aran vilayətinə ilk növbədə "Azərbaycan Respublikası" sonra isə “Azərbaycan Sosiyalist Sovet Respublikası”adı verilmişdir. Bu dövürdə fars dilinin yayılmasının qarşısı alındı.Bu yurdda istifadə olunan fars əlifbası birinci latin əlifbasına sonra isə Rus əlifbasına dəyişdirildi.İran məktəbləri bağlandı.Hətta bu respublikada yaşayan iranlılar, fars dilində təhsil almaqdan məhrum oldular.
Burada irandilli tayfalar öz Ana dillərində danışmaqlarına baxmayaraq, məktəblərdə Türk dilində ya Rus dilində təhsil almağa məcburdular.
Qeyd etdiyimiz kimi, Tat, Lahıc, Talış və Kürd Azərbaycan respublikasında yaşayan iranlı tayfalardandılar.
İranın kiçik tayfası olan Tat qafqazda yerləşib və dilləri Tat dilidir. Bu dildə danışanlar Abşeron yarımadasında Balaxanlı, Suraxanlı, Sabunçu, Məştağa(18)və başq qəsəbələrdə, Azərbaycan respublikasının şimal şərqində, Xızın(19)dağətəyində, siyəzən(20), Qonaq kəndi, Dəvəçi, Quba, İsmailli.Dağıstanın bəzi kəndləri və Dərbənd, Mahaçkala və Buynak(21)şəhərlərində, Şimali Qafqazda, o cümlədən, Qrozni(22) və Nalçık(23)şəhərlərində yaşayırlar14.
Keçmiş dini əqidələrinə görə, Tatlar iki yerə ayrılmışdılar:
  1. Yəhudi tatlar, daha çox Dağıstanda, Vartaşendə(24) və Azərbaycan respublikasının Quba şəhərində yaşayırdılar;
  2. Müsəlman tatlar, Abşeron yarımadasında, Xızında, Dəvəçıdə və digər zonalarda yerləşmişdilər;
Dilçilik baxımından bu bölgü indiyə kimi mövcuddur.15
Bu qrupların hər biri özlərinə məxsus ləhcəsi var.bu ləhcələrin arasında müəyyən fərqlər var. Dini etiqadlara görə, tatlardan fərqlənən xristiyan tatlar da mövcuddur.bunlar Azərbaycan respublikasında İsmayıllı rayonunun Matrasa(25)kəndində və Dəvəçi rayonunun Kilor(26 )kəndində yaşayırlar.xristiyan tatlar müsəlman tatlara meylləridilər.İsmayıllıda yaşayan Lahic Tatlarının ləhcələri az da olsa, tədqiq edilib.Lahic tatlarla Lahıc dili arasında müəyyən farqlər var. Tat müsəlmanlarının bir hissəsi sünni və bir hissəsi isə şiədirlər. Əfrucə16 kəndindən Qonaq kəndinə kimi, hər yerdə Tat tayfası yaşayır.ancaq bunların hamısı türkləşdirilib.17
2000 km2 vüsətində olan Xızın, Siyəzən, Dəvəçi, Qonaqkəndi və Quba ərazisində, Lahıc ləhcəsindən əlavə, müsəlman tatların ləhcəsindədə danışan var. Bu zonanın uzunluğu 90, eni 30 km-dir. Bu geniş ərazidə Fars mənşəli toponimlərə də rastlaşırıq.o cümlədən, Çöhrə zəmin, Gülü yəx, Xızı, Tudar, Çarmamazor, Gilan ava, Gərmiyan, Çar qışlaq, Dərə zarat, Gəndab, Zeybə, Çıraq, Girə səng, Rəngi dar, Əfrucə, Dorahi, Qam-qam, Yusif Qasım, Bəd, Xanqah, Zir təngə, Xruşə və ...
Azərbaycan respublikasının Tatları arasında ikidillilik geniş şəkildə yayılıb.yol kənarında olan kəndlərin əksəriyyətində, əhali tat dilindən başqa, türk dilini də yaxşı bilir. Türk dilini bilməyənlərin çoxu yaşlı nəsil və az yaşlı uşaqlardılar ki, məktəb yaşına çatmayıblar. Elə ailələr var ki, valideynlər Tat dilində danışır.amma uşaqlarla türk dilində danışmağa məcburdular. Cavanlar və yeniyetmələr ya tat ləhcəsini heç bilməyirlər, ya da çox zəif şəkildə bilirlər.yaşlı  nəsil yaxşı xatırlayır ki, bir zaman Tat ləhcəsi geniş səviyədə istifadə edilirdi və onların əhatəsindəki ərazi “tat dilli” adlanırdı.türkdilli kəndlərdən gəlin gətirmək və evlənmələr səbəb olub ki, bu ərazidə Türk dili geniş səviyədə yayılsın.cavanların təhsil almaları və türkdilli əraziyə əsgər getmələri səbəb olub ki, Tat dili unudulsun.18Ağbirçək qadınların çoxu türk dilini yaxşı və sərbəst şəkildə danışa bilməyirlər.xanəndələr toy məclislərində yalnız türk dilində mahnılar oxuyurlar; çünkü indiyə kimi rəsmi orqanlar, radiyo və televiziya, universitet bu xalqın mədəniyyət və incəsənətinə qayğı göstərilməyib.
Beləliklə, Tat ləhcələri assimilyasiya məruz qalaraq, bu dil məhv olmaq üzərindədir.Tat yə Fars dilində yazı olmadığına görə, bu dil unudulur.
Talışların vəziyyəti Tatlardan daha acınaqlıdır.Təəsüflə, indiyə kimi tatlar və talışların sayına aid rəsmi bir məlumat yoxdur.
Bir zamanlar Talış bölgəsi İranın bir hissəsi idi.1813-cü ildə"Gülüstan Müqaviləsi", sonra isə 1828-ci ildə"Türkmənçay Müqaviləsi"əsasında İranın bir hissəsi Rus imperiyasına verildi.19 B.V. Millerin tədqiqatına görə, Lənkəranın 86.3% əhalisi, Cəvəndin 82.4% əhalisi, Astaranın 86.4% əhalisi, Masallının 30% və Vərgə doranın 1.2% əhalisi talışdılar, ancaq qafqazın türkdilli millətçilərin təsirinə məruz qalaraq, bu qədim İran mənşəli tayflar məhv olurlar.bu növ siyasət Rus imperiyası dövründən vardır.”birinci Pyoter Çerkasski(27)yə əmr etdi ki, tezliklə Xəzər ətrafı şəhərləri Rus imperiyasına birləşdirsin.çünki Osmanlıların belə bir məqsədi var. Bu işi geciktirmək olmaz.”20
1723-cü ildə Ruslar Talış sahillərinə hücum etdilər və həmin ilin yazında Rəşt şəhərini işğal etdilər, ancaq bu işğal uzun sürmədi və iran ordusu 1734-cü ildə Talış torpaqlarını və Xəzərin cənub sahillərini işğalçılardan geri aldı.211812-ci ildə Talış ərazisinin bir hissəsi Ruslar tərəfindən işğal edildi və 1828-ci ildə bu sahə rəsmən Rusiya ərazisi elan edildi.
"Sovetin Böyük Ensiklopediyası"nda Talışlar haqqında maraqlı açıqlama var.bu açıqlama Talışlara qarşı yürüdülən siyasəti sübut edir.həmin mənbədə qeyd edilib:-"1972-ci ildə İran talışlarının sayı 70 min nəfərə yaxındır-halbuki Azərbaycan respublikasının talışları haqqında heç bir məlumat qeyd edilməyib- Sovet İttifaqında maddi və mənəvi nöqteyi-nəzərdən talışlar Azərbaycanlılara(məqsəd Azərbaycan respublikasının türkdilliləridir)olduqca yaxındılar və Azərbaycanlılarla qaynayıb qarışıblar.bu səbəbə görə, 1970-ci ilin statistikasına əsasən talışlar müstəqil tayfa hesab edilməyib.”22
Bizə indiyə kimi başa düşmədik ki, talışlar  qafqaz türkdilliləri ilə hansı ortaq xüsusiyyətə malikdilər?
19 ildən sonra, 1970-ci ildə əhalinin siyahısı qeyd edildikdən sonra, Moskva dərgilərinin birində müxbir, Murad Haciyev, talışların sayını 1989-cu ildə 500 min nəfərə yaxın qeyd etmişdir.23
Həmin müxbir, "Azərbaycan Respublikasının Qeydiyyat İdarəsi"nin rəhbərlərin birindən talışların sayını öyrəndi:-“Keçmişdə Talış deyilən bir tayfa var idi.ancaq indi bu tayfa yoxdur və Azərbaycanlıların içərisində əriyib məhv olub.”24
“Qafqaz Milləti” adı altında iki cilddə 1962-ci ildə Moskovada nəşr olunan kitabda, mükəmməl şəkildə Azərbaycan Sovet Respublikasında yaşayan talışlar haqqında məlumat var.
Necə olar ki, bu tayfa 8 ilin ərzində tam şəkildə məhv olsun?25
Sovet Birliyi tallışları müstəqil bir tayfa hesab etməmişdir.Azərbaycan respublikasında yerləşələn talışlar, tatlar, lahıclar və bəşqa irandilli tayfalar Ana dilində, fars dilində, təhsil almaqdan məhrumdular.Onlar məcburiyyət qarşısında qalaraq, Türk dilində təhsil alırlar.bu ikidillilik səbəb olub ki, Ana dili get-gedə məhv olsun.“Qafqaz Milləti”adlı kitabın müəllifi bu haqqda yazıb:-“bu günə kimi Talış dilinin qorunub saxlanmasına baxmayaraq, bu dildə danışanların sayı getdikcə azalır... indi talışların hamısı ikidillidilər və Ana dillərinin kənarında Azərbaycan türkçəsində (Qafqaz türkçəsində)danışırlar.”26
 
Azərbaycan respublikasında yaşayan kürdlərin vəziyyəti də buna bənzərdir.Qeyri-rəsmi statistikaya görə, burada 250 min nəfər kürd yaşayır.ancaq rəsmi statikaya əsasən, Azərbaycanda kürdlərin olmadığı iddia edilir.kürdlər bu mövzuya dəfələrlə etiraz etmələrinə baxmayaraq, rəsmi bir cavab ala bilməyiblər.
Keçmişdə təhsil almış qafqazın irandilli tayfaları ikidilli olmalarına baxmayaraq, fars dilini də bilmişdilər.onların şerlərində və əsərlərində bunu görmək mümkündür.bu ərazi Türk dilinin daxil olması ilə üç dilli və Rus dilinin gəlişi ilə dörd dilli oldu. Rus və Türk dili hakimiyyətin gücündən istifadə edərək, Fars dilini gündən günə zəiflətdilər.Fars dilinin zəifləməsi ilə indi sıra tayfa dillərinə çatıb.gördüyümüz kimi, bu dillər məhv olmaq üzərindədir.indi bu mübarizə Rus dili və hakim dil olan Azərbaycan türkçəsi arasında davam edir.
Ferdosi demişkən:سحر تا چه زاید شب آبستن است                        
Əlavələr:
  1. professor İ.Rza, orta asiya və qafqaz tədqiqatı mərkəzinin üzvü.
  2. Mokhoi
  3. Kasp
  4. Uti
  5. Silv
  6. Lupen
  7. Vat
  8. Gav
  9. Gluar
  10. Khrsan
  11. Khechmatak
  12. Paskh
  13. Pukuan
  14. Tavasparan
  15. Khibivan
  16. Budug
  17. Kiriz
  18. Mashtaghi
  19. Khizin
  20. Siazan
  21. Buynak
  22. Grozni
  23. Nalchik
  24. Vartashen
  25. Matrasa
  26. kilor
  27. Cherkasskii
Mənbələr:
  1. مارکوارت/ یوزف/ ایرانشهر/ بر مبنای جغرافیای موسی خورنی/ ترجمه دکتر مریم میر احمدی / تهران/ 1373 / صص 221-222 و حاشیه های 181-186
  2. Herodotus. With an English Transiation. London the Loeb classical Library. 1948. BookIII. 92/93. BookVII 67/68
  3. The Geography of Strabo. London. Loeb. 1948. BookXI. 4/6/
  4. Ibid
  5. Trofimova. A.G. Guliev. G.A. Narodi kavkaza. II. Moscow. 1962. Str. 181/204
  6. MovsesKhorenatsi. Istoriia Armenii. Perevod G.Sarkisiana, Erevan, 1990, kn. III, g 157, str. 192-194.
  7. Ibid., kn.III, str. 194.
  8. Shanidze A.G., Iazik I pismo kavkazskikh albantsev, Vestnik etdel. Obsh. Nauk AN Gruz SSR, Tbilisi, 1960 str. 169.
  9. ابن حوقل/ صوره الارض/ ترجمه جعفر شعار/ تهران / 1345/ ص 96
  10. Bartold , V.V., Mesto prikaspiskikh oblastei v istorii musulmanskogo mira, Sochineniia, Tom II, chst 1? Moscow? 1963, str. 662.
  11. Ibid.
  12. Ibid., str.662-663
  13. دولت آبادی / عزیز/ سرایندگان شعر پارسی در قفقاز/ تهران / 1370
  14. Griunberg A.A. Izik severoazerbaijanskikh Tatov, Leningrad, 1963.
  15. Ibid.
  16. Əfrucənin farsca mə`nası su axan yerdir və bu ad oradaki şəlaləyəgörədir.
  17. GrinbergA.A. , Izik severoazerbaijanskikh Tatov, Leningrad, 1963.
  18. Ibid
  19. Trofiwova A G. , talishi kn. Narodi Kavkaz
  20. Istoria Azerbaijana, pod red. I.A Huseinova I dr. , Baku , 1958, tom I, str.298.
  21. محمد کاظم مروی / وزیر مرو/ عالم آرای نادری / به تصحیح دکتر محمد امین ریاحی / تهران/ 1369/ ج 1 / ص    366-388
  22. Bolshaia Sovetskaia Entsiklopediia , Tretie izdanie, Moscow, Tom XXV, 1967, str. 237.
  23. Hajiev Murat, Vo krug sveta, 1989, No.7.
  24. Ibid.
  25. Talishi v kn. Narodi Kavkaza, pod. Red. Gardanow B.A. idr., Moscow, 1962., str. 187-194.
26. Trofimova A.G. Talishi, v kn. Narodi Kavkaza, v.II, Moskow, 1962, str. 187.
 
  • Yazılıb
  • da (də) 2008 May 19