suyu niyə kəsiblər, nə zaman veriləcək, əgər təmir edirlərsə, bu təmir nə qədər çəkəcək bu da məlum deyıl”-deyə kənd ağsaqqalı bildirib.
Arannews- Dekabrın 31-dən nardana kəndinə su verilməsi dayandırırlıb və kəndi su ilə təmin edən su boru xətti kəsilib.Bu haqda kənd ağsaqqalı Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, suyun kəsiləcəyi, nə üçün kəsiləcəyi barədə kənd sakinlərinə aidiyyyatı qurumlar öncədən hər hansı xəbərdarlıq etməyib. “Kəndə gələn su Maştağa tərəfdəki anbardan gəlir və daim o sudan istifadə etmişik, indi bilmirik ki, suyu niyə kəsiblər, nə zaman veriləcək, əgər təmir edirlərsə, bu təmir nə qədər çəkəcək bu da məlum deyıl”-deyə kənd ağsaqqalı bildirib.
Onun fikrincə, bütün bunlardan məqsəd Nardaranın sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan 12 milyon vəsaiti mənimsəməkdir. “Elektrik verilməsi üçün dirəklər kənddə var idi, əvvəl elektirk xətlərini çəkdilər, sonradan həmin dirəkləri çıxarıb yerinə yenilərini basdırdılar, yola asfalt çəkirlər, sonra həmin asfaltı qazıyıb çıxarırlar”, - deyə N.Kərimov baş verənlərə narazılıq bildirib.
Kənd ağsaqqalı dövlət başçısı İlham Əliyevə kəndin problemləri üçün ayrılan vəsaitlərin xərclənməsi üçün nəzarət yaratması xahişilə bağlı müraciət etdiyini, amma hələ ki, nəticə olmadığını da nəzərə çatdırıb.