Şeyx Nimr Səudiyyə rejiminin ən tanınmış siyasi məhbuslarından biri idi. O 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olmuşdu.
Arannews- Səudiyyə Ərəbistannın Daxili İşlər Nazirliyi 47 nəfər edam edildiyini elan edib.
edam olunanlar arasında Səudiyyə Ərəbistan şiələrinin rəhbəri Şeyx Nimrdə var.
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda bildirir ki, bu şəxslər şənbə günü (bu gün) “terrorizmdə” ittiham olunaraq edam ediliblər.
Bəyanatda bildirilir ki, edam olunan şəxslərin əksəriyyəti 2003-2006-cı illərdə təşkil olunan hücumlarda həbs olunublar. Onların çoxunu Əl-Qaidə ilə əlaqələri olduğu iddia olunur.
Məlumata görə, bu şəxslərin edamı Səudiyyə Ərəbistanın 12 müxtəlif bölgəsində həyata keçirilib.
Şeyx Nimr Səudiyyə rejiminin ən tanınmış siyasi məhbuslarından biri idi. O 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olmuşdu.
Şeyx Nimr ölkənin təhlükəsizliyini pozmaqda, hökumətə qarşı və siyasi məhbusların müdafiəsi üçün çıxışlar etməkdə ittiham olunurdu.
Qeyd edək ki, Ərəbistanın Ali və Kassasiya məhkəmələri 2015-ci ilin oktyabr ayında ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq etmişdi. Bu hökmə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildirmişdilər.