2016-ci ildə Türkiyənin turizm sektorunun rusların sanksiyasından 3,5 milyard dollar ziyana düşəcəyi gözlənilir. İnşaat sektorunun isə 4,5 milyard itirəcəyi gözlənilən itkilər arasındadir.
Arannews- ekspertlərin hesablamalarına görə, Rusiyanın Türkiyəyə qarşı sanksiyaları nəticəsində ən ağır zərbə Türkiyənin turizm və inşaat sektoruna dəyəcək. “Türkiyəyə gələn turistlərin statistikasında ruslar ikinci yeri tutur. 2014-cü ildə Türkiyəyə 3,3 milyon, 2015-ci ildə isə 4,5 milyon rus turist gəlib. 2016-ci ildə Türkiyənin turizm sektorunun rusların sanksiyasından 3,5 milyard dollar ziyana düşəcəyi gözlənilir. İnşaat sektorunun isə 4,5 milyard itirəcəyi gözlənilən itkilər arasındadır”, - ekspertlər bildirirlər.