Arannews- 2015-ci ildə Bakı hökumətinin azəri fəallara qarşı təzyiqlərinin davam etdiyini gördük. Ötən ildə hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Azadlıq radiosunun Bakı müxbiri Xədicə İsmayılova, jurnalist Rauf Mirqədirov, ilahiyyatçı Ceyhun Cəfərov saxta ittihamlarla həbsə alındı, azadlıqdan məhrum edildi. Beynəlxalq təzyiqlərdən sonra Bakı hökuməti Leyla Yunus və Arif Yunusu xəstəlik adı ilə həbsdən azad etdi. 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçirildi. Azərbaycan hökuməti ölkənin dünya miqyasında mənfi imicini bu oyunlar vasitəsilə dəyişmək istəyirdi. Amma nəinki buna nail olmadı, hətta yarışma günlərində ölkədə insan haqlarının pozulması ilə bağlı ittihamlar gücləndi. Avropanın bəzi hüquq müdafiə təşkilatları yarışmanın baykot olunmasını təklif etdi. Azərbaycan əhalisinin böyük bir hissəsi yoxsulluq içində yaşadığı bir zamanda neft gəlirləri Birinci Avropa Oyunlarının keçirilməsinə xərcləndi. Azərbaycanlı gənclər iş ardınca Rusiyaya üz tutdular.
Azərbaycan Milli Məclisinə 5-ci çağırış seçkiləri də 2015-ci ilə təsadüf etdi. Hakim Yeni Azərbaycan partiyası müxalifətin kiçik bir qisminin qatıldığı seçkilərdə qalib oldu. Azərbaycanda islamçılar da seçkiləri baykot etmişdilər. Digər tərəfdən seçki komissiyası səslərin sayı ilə bağlı fikir ayrılığı olduğu bir vaxtda demokratik institutlar və qurumlarla həmkarlıq etmədi. Seçkilər müxalif partiyalar tərəfindən sərt tənqid olundu. Dövlət seçkiləri saxtalaşdırmaqda ittiham edildi. Ölkədə bir sıra ictimai-siyasi, iqtisadi problemlər olsa da, Yeni Azərbaycan Partiyasının qələbəsi göz önündə idi. Bunun bir səbəbi əhalinin müxalifətçi siyasi partiyalara etimadının olmamasıdır. Müstəqilliyin başlanğıc dövründə müxalifət partiyalarının Qarabağ məsələsi və ölkənin problemləri ilə bağlı bacarıqsızlığı hələ də yaddadır. İlham Əliyev hakimiyyətə gələndən sonra neft gəlirləri hesabına müəyyən inkişaf nəzərə çarpdı. Bəziləri elə düşünür ki, ölkədə sabitliyin qorunması üçün İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının hakimiyyətdə qalması daha münasibdir.
2015-ci ilin mühüm siyasi hadisələrindən biri də milli təhlükəsizlik naziri Eldar Mahmudovun, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun işdən uzaqlaşdırılması oldu. Azərbaycan mətbuatında biznesmenlərdən, iş adamlarından rüşvət alınması, ölkə başçısının telefon danışıqlarının dinlənilməsi Eldar Mahmudovun işdən uzaqlaşdırılmasının əsas səbəbi kimi göstərildi. Əli Abbasovun Eldar Mahmudovla həmkarlıq səbəbindən işdən uzaqlaşdırıldığı bildirilir. 2015-ci ilin acı hadisələrindən biri Bakının Nardaran qəsəbəsində 5 dindarın şəhadətə çatması oldu. Azərbaycanın tanınmış ruhanisi Müsəlman Birliyi Hərəkatının rəhbəri hacı Tale Bağırzadəni həbs etmək adı ilə polis və təhlükəsizlik qüvvələri Nardaranda əməliyyat keçirdi. Əməliyyat zamanı 5 dindar şəhadətə çatdı. Əməliyyatda 14 dindar, o cümlədən hacı Tale həbs edildi. Polis növbəti əməliyyatı ölkənin tanınmış şiə ruhanilərindən olan hacı Zülfüqar Mikayılzadənin evində keçirdi. Müsəlman Birliyi Hərəkatının tanınmış üzvü həbs edildi. Hansı ki hacı Zülfüqar Mikayılzadə həmin dövrdə Nardaranda olmamışdı. Bakı dövləti elan etdi ki, Müsəlman Birliyi Hərəkatı ölkədə hakimiyyət çevrilişinə hazırlaşıb. Polis qüvvələrinin Nardaran qəsəbəsinə hücumu, dindarlara qarşı keçirilən repressiyaların səbəbləri sırasında dindarların Milli Məclisə seçkiləri baykot etməsi, bununla seçkilərin şübhə altına alması da var. Hakimiyyət bu səs-küylü əməliyyatla həm də vəhabilərin hakimiyyət tərəfindən himayəsini pərdələmək istəyib.
2015-ci il xarici siyasət sahəsində Azərbaycan üçün uğurlu olmadı. İranın münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq Nardaran hadisələrindən dolayı münasibətlər soyuqlaşdı. Nardaranda şiələrin qətlə yetirilməsindən sonra Azərbaycan dövlət məsullları əsassız olaraq İrana qarşı ittihamlar irəli sürdülər, Azərbaycan dindarlarının dövlət çevrilişinə təhrik olunmasında İranı suçladılar. 2015-ci ildə də əvvəlki illərdə olduğu kimi Azərbaycan-Türkiyə əlaqələri inkişaf edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfər edib. Bu səfər Ankara-Moska münasibətləri gərginləşdikdən sonra baş tutub. Türkiyə baş nazirinin Bakıda Azərbaycan bayrağını öpməsi hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb. Siyasi təhlilçilər bildirirlər ki, Türkiyə baş nazirinin Azərbaycandakı bu jesti Rusiyanın Türkiyəyə verilən qazı dayandırması ehtimalı ilə əlaqəsiz deyil. Baş nazir Azərbaycanda olduğu vaxt Rusiya qazı kəsəcəyi təqdirdə ölkəsinin qazla təmin edilməsini istəyib.
2015-ci ildə Azərbaycan-İsrail münasibətlərindən danışarkən işğalçı rejimin Bakıya Dan Stavı səfir təyin etməsi qeyd edilə bilər. Sionist rejimin sabiq prezidenti Şimon Peres, Knessetin rəis müavini Oren Hazan, Knesset nümayəndəsi Mendi Safadinin Bakıya səfəri baş tutub. Onlar Azərbaycan rəhbərləri ilə görüşlər keçirib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, Azərbaycan Elmlər Akademiyasının rəhbəri Akif Əlizadənin İsrailə, İşğal olunmuş Fələstin torpaqlarına səfəri həyata keçib. Akif Əlizadənin səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə İsrailin elm mərkəzləri arasında müqavilələr imzalanab.
2015-ci ildə Amerikadan bir çox məsullar, o cümlədən ABŞ Dövlət Departamentinin İran ofisinin direktoru Stiv Faqin, ABŞ müdafiə nazirirnin müavini Evelin Farkas, Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və Steysi Bernard, xarici işlər nazirinin katibi Riçard Hoqlend, enerji sektorunun təmsilçisi Amos Hoşteyn, xarici işlər nazirinin köməkçisi Viktoriya Nouland Bakıda səfərdə olublar və hakimiyyət başçıları ilə müzakirələr aparıblar. Robert Sekuta Ammerikanın yeni səfiri qismində Bakıda fəaliyyətə başlayıb. Bütün bu görüşlərə baxmayaraq Amerika Xarici İşlər Nazirliyi Azərbaycanda insan haqlarının pozulduğunu bildirib və bu bəynatlar iki ölkə arasında gərginliyə səbəb olub.
2015-ci ildə Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətlər xarici siyasətdə əsas fəaliyyətlərdən sayıla bilər. Ötən il Azərbaycan və Ermənisrtan rəhbərləri bir neçə dəfə görüşüb, Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılıb. ATƏT-in Minsk qrupunun təlaşlarına baxmayaq münaqişənin həlli sahəsində hanısısa müvəffəqiyyət əldə edilməyib. Eləcə də müharibə bölgəsində iki tərəf arsında gərginlik artıb, döyüşlər şiddətlənib.
Azərbaycan milli valyutasının Amerika dollarına nisbətdə qiymətdən düşməsi İqtisadiyyat sahəsində 2015-ci ilin mühüm hadisəsi sayıla bilər. Azərbaycan hökuməti manatın devalvasiyasını maliyyə sabitliyinin qorunması məqsidəlilə üzən məzənnə rejiminə keçilməsi ilə əlaqələndirib. Manatın devalvasiyası ilə əlaqədər qiymətlərin qalxması müxtəlif şəhərlərdə əhali tərəfindən etirazla qarşılanıb.