Tarix : 2016 Jan 02
Kod 47435

Azərbaycan başçıları din azadlığını rəsmi olaraq tanısınlar

Urmiyanın imam cüməsi Nardaran şəhidlərinə işarə edərək deyib: Azərbaycan Respublikasının rəhbərlərindən və rəsmilərindən istəyirik ki, öz xalqı arasında din və məzhəb azadlığını rəsmi olaraq tanısınlar.
AranNews - Höccətül-islam Seyid Mehdi Qüreyşi Urmiya şəhərində təşkil olunan cümə namazı xütbələrində deyib: “Qiyamət günü təqvalı bir şəxs olaraq hazır olmaq üçün Allahın haram etdiklərindən çəkinmək və dini göstərişlərə əməl etmək həmişə diqqətdə saxlanılmalıdır”.
Dünyəvi imkan, vəzifə və məqamların yalnız ilahi bir əmanət olduğunu deyən imam cümə artırıb: “Vəzifə və məqamlar zahirdə böyük görsənsələr də ona çatdıqda belə olmadığını görürsən”.
Universitet və hövzə ustadı Nəhcül-bəlağənin mütaliə olunmasını və Əmir əl-möminin Əlinin (ə) tövsiyələrinə əməl etməyin insanın həyatının müxtəlif məsələləri üçün çox təsirli olduğunu bildirib. 
O xatırladıb: “Əbədi diyar üçün azuqə toplamalıyıq. Hətta, bu bizim dünya malımızın azalması bahasına başa gəlsə də”.
İmam cümə deyib: “Ali Məqamlı Rəhbərin göstərişinə əsasən, məzlum Nigeriya xalqını və şiələrini müdafiə etməyə vəzifəliyik. Xüsusilə də onların böyük rəhbəri həbs edildiyi və onun haqqında heç bir məlumat verilmədiyi bir halda”.
Höccətül-islam Seyid Mehdi Qüreyşi xütbəsinin davamında Nardaran hadisəsi, bu hadisənin şəhidləri barədə söz açıb və Azərbaycan Respublikası başçılarına xitab edərək deyib: “Azərbaycan Respublikasının rəhbərlərindən və rəsmilərindən istəyirik ki, öz xalqı üçün din və məzhəb azadlığını rəsmi olaraq tanısınlar ki, xalq dini göstərişlərə əməl edə bilsin”.

  • Yazılıb
  • da (də) 2016 Jan 02
  • Göndərən مدير سايت Aran News