Ərdəbilin imam cüməsi Azərbaycanın parlament deputatlarından birinin Əhli-beytə (ə) qarşı ağır təhqiredici sözlərini iki ölkənin arasını vurmaq üçün proqram adlandırıb və bu hərəkəti bərk məhkum edib.
AranNews- Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində müsəlman ölkələri arasında ixtilaf yaratmağı dünya imperializminin strateji hədəfi adlandıraraq deyib: “İslam ümmətinin düşmənləri İran İslam Respublikasının qonşuları ilə münasibətlərinə xələl gətirməyə cəhd edirlər”.
Həzrət Ayətullah Amili Türkiyə dövlət başçısının İran əleyhinə ifadələrini sözü gedən proqram çərçivəsində olduğunu qeyd edərək artırıb: “Türkiyə dövlət başçısının İrana qarşı millətçilik töhməti, bu günləri hər gün kürdlərlə qarşıdurmada itki verən, ya itki alan, beş əyaləti bu əngəllə qarşılaşmış ölkəyə daha münasibdir. İraq türkmənlərini terrorçular qarşısında müdafiə etməkdə şiə və sünnü türkmənlər arasında fərq qoyması, bu ölkənin milliyyətçi olmasının bariz nümunəsidir. Ona görə də Əmirəli türkmənlərinin qətliamı qarşısında sükut etdi”.
İmam cümə deyib: “İran İslam Respublikasının hədəfləri şiə-sünni firqəçiliyi kimi mövzulardan çox-çox üstündür. Ona görə də hamısı əhli-sünnə olan Fələstin mövzusunda müqavimətin ön xəttində təkcə İran dayanmışdır. Amma Türkiyə, Ərəbistan və digər müsəlman ölkələri İsrail cəbhəsindən çıxış edirlər. Keçən həftə İsraillə birgə manevr icra edirdilər”.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi Türkiyənin İraqa qoşun yeritməsini, Ərəbistanla koalisiyaya girməsini, Ərəbistanın Suriyada, İraqda, Yəməndə cinayətlərini dəstəkləməsini bu ölkənin çox böyük səhvlərindən adlandıraraq deyib: “Bu səhvlər Türkiyə kimi böyük bir ölkəyə və Türkiyə xalqı kimi bir xalqa yaraşmır”.
“Terrorizmə qarşı islami koalisiya yaratmaqda Ərəbistanın məqsədi qərbin terrorizm mənşəyi olan bu ölkəyə təzyiqindən qaçmaq və Yəmən böhranından çıxmaq üçündür”-deyə imam cümə vurğulayıb.
Ərdəbilin imam cüməsi Azərbaycanın parlament deputatlarından birinin Əhli-beytə (ə) qarşı ağır təhqiredici sözlərini iki ölkənin arasını vurmaq üçün proqram adlandırıb və bu hərəkəti bərk məhkum edib.
O deyib: “Bu sözlər Ərəbistan müftisi və vəhabi saytlarının sözlərinin tərcüməsidir. Bu hərəkət göstərir ki, birincisi, Nardaran hadisəsinin arxasında vəhabilik dayanıb. İkincisi isə Azərbaycanın qanunvericilik kimi həssas mərkəzlərinə Ərəbistanın nüfuz edib. Necə ki, Nigeriyada şiələrin hüseyniyyəsinin və Şeyx Zəkzakinin anasının qəbrinin dağıdılması ilə mindən yuxarı şiənin qətliam edilməsində Ali-Səudun və vəhhabiliyin məkirli əli olması məlum oldu”.
Xütbələrinin sonunda imam cümə neçənci dəfə olaraq İslami Şura Məclisinə və Rəhbərlik Ekspertlər Məclisinə seçkilərdə xüsusi bir şəxsi dəstəkləmədiyini, müxtəlif qrup və partiyaların seçkilər ərəfələrində onun sözlərindən, yaxud şəkillərindən istifadə etməsini onu dəstəkləməsi mənasına olmadığını bildirib.