Şeyx Nimrin qardaşı : "Səudiyyə başçıları bizə məlumat verdilər ki, edam olunanların cənazələri müsəlman qəbiristanlıqlarında dəfn olunublar və heç bir cənazə ailəsinə təhvil veilməyəcək"
Arannews- Alİ-Səud rejimi başçıları mübariz şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimrin cənazəsini ailəsinə təhvil verməkdən çəkinərək, bu mübarizin cənazəsini ailəsinin məlumatı olmadan dəfn ediblər.Şeyx Nimr Baqir Əl-Nimrin qardaşı Muhəmməd Əl-Nimr bildirib: Səudiyyə başçıları bizə məlumat verdilər ki, edam olunanların cənazələri müsəlman qəbiristanlıqlarında dəfn olunublar və heç bir cənazə ailəsinə təhvil veilməyəcək.
Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü səhər rəsmi bir bəyanatda bildirdi ki, 47 nəfəri edam edibdir ki, Şeyx Nimr Baqir Əl-Nimr də onların arasındadır.
Ərəbistanın tanınmış siyasi məhbuslarından olan şəhid Baqir Əl-Nimr ötən ilin payızında bu ölkə hökumətini tənqid etmək bəhanəsilə edama məhkum olunmuşdu ki, bu da dünya ictimaiyyətinin etirazı ilə üzləşmişdi.
Belə bir halda, Ərəbistandan gələn xəbərlərə əsasən, müxtəlif məntəqələrdə, xüsusən bu ölkənin şərqindəki şiə məntəqələrində şiddətli xəbərdarlıqlar və tədbirlərin görülməsinə rəğmən, Ərəbistan vətəndaşları Şeyx Nimrin edam edilməsinə etiraz olaraq, geniş aksiya keçirib.