sionist rejim başçıları Fələstin xalqının intifazəsi ilə qarşılaşmada məğlub olublar.
Arannews- Bir tədqiqat müəssisəsinin rəy sorğusunun nəticələrinə görə, sionistlərin əksəriyyəti Qüds intifazəsi qarşısında məğlubiyyəti etiraf edib."Statnet" araşdırma müəssisəsinin apardığı yeni rəy sorğusunun nəticələrinə görə, sionistlərin 71 faizi bu qənaətdədir ki, sionist rejim başçıları Fələstin xalqının intifazəsi ilə qarşılaşmada məğlub olublar.
Bu rəy sorğusunda iştirak edənlərin 61 faizi də ötən üç ayda Qüds intifazəsinin başlanması zamanından bəri şəxsi təhlükəsizlik səviyyəsinin azalmasına toxunaraq, vurğulayıbdır ki, sionist rejim bu intifazəni yatırmaq gücünə malik deyil.
"Statnet" araşdırma müəssisəsinin apardığı rəy sorğusunun nəticəsində qeyd olunub ki, sionistlər Qüds intifazəsinin davam etməsi nəticəsində ağır xəsarətlərə düçar olub.
Sionist hərbçilər Qüds intifazəsinin 2015-ci ilin oktyabr ayının əvvəllərində başlanması zamanından bəri müxtəlif məntəqələrdə 145 fələstinlini şəhid, minlərlə nəfəri də yaralayıb və ya həbs ediblər.