Tarix : 2016 Jan 03
Kod 47442

Şeyx Nimrin anasına ünvanladığı son məktub

ziz anam, Allahın verdiyi hər şey üçün şükür və həmd edin! Allahın qisməti bizim istədiklərimizdən çox daha yaxşıdır.
Arannews- Ayətullah Şeyx Baqir ən-Nimr şəhadətindən öncə anasına məktub ünvanlayıb.

Ayətullah Şeyx Baqir ən-Nimr şəhadətindən öncə anasına ünvanladığı məktubda yazır:
 “Səbirli anam, Cəfərin anasına salam olsun! Hər halımızda Allaha şükür etməyimiz lazımdır. Əziz anam, Allahın verdiyi hər şey üçün şükür və həmd edin! Allahın qisməti bizim istədiklərimizdən çox daha yaxşıdır. Biz nələrisə seçirik amma Allahın bizim üçün seçdiyi daha önəmlidir. Bizlər ondan nəyisə diləyərik və Allahdan bizim üçün xeyirli olanı verməsini istərik.
Bütün işlər ali və nöqsansız Allahın əlindədir. Bu kainatda heç bir şey onun iradəsindən kənarda reallaşmaz və heç kim onu iradəsindən iznsiz heç nə edə bilməz. Əziz anam, heç bir şey Allahın iradəsi və nəzarətindən kənarda deyildir. Bu da bizə yetər! Allahın əmanəti sənin yanındadı. Allah səni və bütün Əhli-beyt (ə) davamçılarını qorusun".



  • Yazılıb
  • da (də) 2016 Jan 03
  • Göndərən مدير سايت Aran News