Rəcəb Tayyıb Ərdoğan: sionist rejiminin Türkiyəyə ehtiyacı var və biz də qəbul etməliyik ki, sionist rejiminə ehtiyaclıyıq və bu, bir reallıqdır.
Arannews- Ankaranın qonşu və region ölkələri, o sıradan Rusiya ilə əlaqələrinin daha da kəskinləşdiyi bir halda, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib ki, sionist rejiminin Türkiyəyə ehtiyacı var və biz də qəbul etməliyik ki, sionist rejiminə ehtiyaclıyıq və bu, bir reallıqdır.Türkiyə NATO-nun bir üzvü kimi uzun müddət sionist rejiminin müttəfiqlərindən biri sayılırdı, amma sionist rejiminin 2010-cu ildə Qəzzəyə humanitar yardımlar aparan gəmiyə hücumu iki tərəfin əlaqələrini kəskinləşdirdi.
Belə bir halda, sionist rejiminin başçıları ötən ilin dekabr ayının ortalarında bildirdilər ki, sionist rejimi və Türkiyə İsveçrədə apardıqları gizli müzakirələrdə əlaqələrin yaxşılaşdırılması üçün bir sıra razılığa çatıblar.
Bu şəxslərin sözlərinə görə, razılaşmalar sionist rejiminin 2010-cu ildə Qəzzəyə humanitar yardımlar aparan gəmiyə hücumunda həlak olanlar barədə olub.