Dünyanın ərəb və qeyri-ərəb ölkələri və şəxsiyyətləri Ayətyallah Şeyx Nimrin Ali-Səud sülaləsi tərəfindən vəhşicəsinə edam olunmasını məhkum etdilər.
Arannews- ərəbistanlı şiələrin tanınmış və nüfuzlu ruhanisi və dini lideri Ayətyallah Şeyx Nimr Baqir Nimrin Ali-Səud sülaləsi tərəfindən vəhşicəsinə edam olunmasının ardınca dünyanın müxtəlif təşkilatları, ərəb və qeyri-ərəb ölkələri və şəxsiyyətləri, o cümlədən Livan, İraq, Yəmən, Bəhreyn, Pakistan, Fələstin, Küveyt və Fələstin kimi ölkələrin nüfuzlu şəxisyyətləri ərəbistanlı şiələrin tanınmış və nüfuzlu lideri Ayətyallah Şeyx Nimr Baqir Nimrin Ali-Səud sülaləsi tərəfindən vəhşicəsinə edam olunmasını məhkum etdilər. Yəmənin "Ənsarullah Hərəkatı", Saleh Aşur (Küveytin mətbuat sözçüsü), Livan Hizbullah Hərəkatı və Livanın Şiələrin Ali İslam Şurasının rəisi Şeyx Əbdüləmir Qəbəlan, Livanın Ali İslam Şurası, Pakistanın Müsəlmanların Vəhdəti Şurasının rəis müavini Şəfqət Şirazi, İraqın "Əhl Həqq Hərəkatı", İraqın Bədr təşkilatının baş katibi Hadi Amiri, Fələstinin Azadlıq Cəbhəsi, Bəhreyn müsəlmanları, Suriyanın baş müftisi Şeyx Bədruddin Həsun və Şeyx Nimrin qardaşı Ali-Səud sülaləsinin vəhşicəsinə törətdikləri bu cinayəti məhkum etdilər.