Tarix : 2016 Jan 03
Kod 47450

Amerikalı ekspert: Azərbaycana qarşı sanksiyalar barədə danışdı

Devid Kramer: "Siyasi məhbusları azad etməyərək, Azərbaycan hökuməti Qərbdəki nüfuzuna zərbə vurmağa davam edir və bu kursun nəticələri ilə nə vaxtsa qarşılaşacaq.
AranNews- bu barədə Makkeynin İnstitutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramer "Amerikanın Səsinə" müsahibəsində deyib.
"Azərbaycan hökumətinin siyasi məhbusları azad etmək üçün düzgün addım atmağa şansı var idi. Lakin o, bu imkanı əldən verdi. Siyasi məhbusları azad etməməsi ilə yanaşı, daha bir jurnalist - Rauf Mirqədirov altı il azadlıqdan məhrum edilib. Beləliklə, vəziyyət daha da pisə doğru gedir", - Kramer deyib.
Kramer hesab edir ki, siyasi məhbusların azad edilməməsi Konqresdə Kristofer Smitin Aktının tərəfdarlarını artıracaq.
Onun sözlərinə görə, ictimai siyasət imkanları diplomatiyası nəticə vermədi və belə vəziyyətdə sanksiyalara əl atmaqdan başqa çıxış yolu qalmır.
Kramerin sözlərinə görə, əgər siyasi məhbuslar azad olunarsa, qanun layihəsi gündəlikdən çıxarılacaq.
  • Yazılıb
  • da (də) 2016 Jan 03
  • Göndərən مدير سايت Aran News