“Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” konfransının yekun bəyanatı bu gün Urmiya Azad İslam Universitetində oxundu.
AranNews- Bu gün Urmiya Azad İslam Universitetinin “Şəhid Bakiri” iclas salonunda beynəlxalq hüquq mütəxəssisləri və Urmiya Universitetinin Elmi Hüquq Qurumunun əməkdaşlığı ilə “Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” mövzusunda konfrans keçirildi. Konfrans öz işini sona yetirdikdən sonra bəyanat qəbul etdi.
Bəyanatda deyilir:
“Azərbaycanın xüsusi təyinatlı polis qüvvələrinin siyasi fəallardan birini həbs etmək bəhanəsilə Nardaran qəsəbəsinin müdafiəsiz müsəlmanlarına hücumunu, insanları qətlə yetirməsini, bu qəsəbənin su, işıq və qazını kəsməsini, nəticədə günahsız Nardaran əhalisinin minimum insan haqlarından məhrum etməsini məhkum edirik. Həmçinin, etiqad azadlığının pozulmasının ən bariz nümunəsi olan dini mərkəzlərə hücum edilməsi və müqəddəslərə hörmətsizlik olunmasını məhkum edir və Azərbaycan Respublikası dövlətindən təkidlə tələb edirik ki, bu cinayətə göstəriş verənləri və bu işdə əli olanları taparaq, mühakimə və cəzalandırmaq üçün onların işini məhkəmə orqanlarına təqdim etsin.
Beynəlxalq təşkilatlardan da gözləntimiz budur ki, belə bir özbaşınalıq və əsas insan hüquqlarına zidd hərəkəti məhkum etsinlər və bütün beynəlxalq təşkilatların bu hərəkət qarşısında mövqe tutmalarını və onu məhkum etmələrini tələb etsinlər.
İran İslam Respublikasının XİN-dən ciddi şəkildə istəyirik ki, məntəqənin məzlum və müdafiəsiz insanlarını müdafiə etmək və onların minimum insan haqlarından istifadə edə bilmələrinə şərait yaranması üçün lazım olan addımı atsın”.