Eldar Mahmudovun etdikləri cinayətlər Ramil Usubov etdiklərinin yanında toya gediləsidir yəni Usubovun etdikləri cinayətlərin yüzdə birini belə bu etməmişdir.
AranNews- Məhbusların gözünü yolda qoyan əfv fərmanı axır ki, imzalandı. Yalnız bu siyahıya ancaq 5000 manatdan pul yığılıb adları salınanlar təsadüf deyildi. bu insanın gözü puldan doymur. Neftin qiyməti endikcə, bu insan neftən itirdikləri pulların bir yerdən çıxarmağın hayındadır. Özü şərait yaratdığı, kriminal yuva kimi istifadə etdiyi Milli Təhlükəsizlik Nazirliyini bir gündə sildi. Hansı ki, bu insan bunun sinif yoldaşı idi və bunun göstərişi ilə yüzlərlə cinayət törətmişdi.
Bu insan konkret olaraq bu ölkəni bir inək gözündə görür, fikridə ancaq bu inəyi sağmaqdır,südü qurumuş olsa belə!
Bunun ətrafında olanlar anlamırlar ki, bu insana az fərq edir, sənin ona sadiq olub-olmamağın, bir gün gələcək, səndə ona Eldar Mahmudov və Əli Abbasov olacaqsan.
Eldar Mahmudovun etdikləri cinayətlər Ramil Usubov etdiklərinin yanında toya gediləsidir yəni Usubovun etdikləri cinayətlərin yüzdə birini belə bu etməmişdir. Sadəcə buna neftən itirilmiş pulu çıxarmaq və zəif bənd lazım idi. Siz elə bilirsiz Ramil Usubovu və ya başqasını bu elə-belə buraxacaq? Xeyr! Bugünə kimi yığdıqları sərvəti hamısını pitil-pitil burunlarında gətirib, bu sonra onlardan əl çəkəcək.
Bugün bütün yüksək vəzifədə olanlar hər biri arzulayır ki, neftin qiyməti qalxsın, növbə bunlara çatmasın.
Amma təəsüflər olsun ki, nə qədər ki, İlham Əliyev kimilər neftin gücünə guruldayırlar, neftin qiyməti qalxmayacaq əksinə yenəcək Və növbə sizədə çatacaq!