Tarix : 2016 Jan 04
Kod 47459

Azərbaycan nazirlərinə Yeni il şoku - xaricə getmək yasağı!

Azərbaycanın yüksək vəzifəli şəxslərinə Yeni il münasibəti ilə tətili ölkədən kənarda keçirmək qeyri-rəsmi olaraq yasaqlanıb.
AranNews- Mənbənin dediyinə görə, yasaq xüsusilə nazirlərə, komitə sədrlərinə, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə və icra başçılarına yönəlib: «Bunun ilk səbəbi ölkədə manatın ikinci dəfə və daha kəskin devalvasiyasından sonra yaranan şəraitdir. Hökumət üzvlərinə belə həssas dönəmdə tətil haqqında yox, yaranmış vəziyyəti aradan qaldırmaq yolları barədə düşünmək, eyni zamanda hər hansı ekstremal situasiyaya hazırlıqlı olmaq tapşırılıb”,inqlab qorxusu.
Digər tərəfdən, böhran dövründə iri məmurların hələ də ölkədən kənarda, üstəlik xeyli baha qiymətə başa gələn istirahət və əyləncə ilə məşğul olması məqbul sayılmır. Xüsusilə belə lüks tətillər barədə hər hansı informasiyanın yayılması sadə vətəndaşların olduqca çətin vəziyyətə düçar olduğu indiki vaxtda çinovniklərin hələ də öz komfortları naminə böyük xərclərdən çəkinmədiyi üzə çıxarsa, bu, cəmiyyətdə daha sərt reaksiya yarada bilər.
Hər halda indiyədək bayram tətillərində və məzuniyyət dövründə xaricə üz tutan, əlamətdar günləri orada, həm də kifayət qədər fantastik pullar xərcləyərək qeyd edən məmurlarımız üçün bu Yeni il yəqin xeyli maraqsız keçəcək. Axı onlar başqa təntənə və dəbdəbəyə öyrəşiblər.
  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News