Az. R. Xalqının kəskin etirazları nəticəsində həmin təhqiramiz tədbir bir daha təxirə salınıb lakin tədbirin təşəbbüskarları məsələni bildirməkdən çəkiniblər
Azerbaijan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Bakıda Sionist Rejimlə üzdəniraq dostluq xiyabanı tədbirinin keçirilməməyindən xəbər verib.
Akif Nağı bildirib ki, QAT üzvləri 18 may günü yəni Laçının işğal olunmasının ildönümündə günortaçağı Sionist Rejimlə üzdəniraq dostluq xiyabanının açılış tədbiri üçün təyin olunmuş məkan Zərifə Əliyeva parkının qarşısında toplaşıb məlum təhqiramiz hərəkətə etiraz etmək niyyətində olublar. Lakin polis qüvvələri hansısa heç bir tədbirin planlaşdırılmadığını bildiriblər.
Akif Nağının dediyinə görə, çox ehtimal ki, Az. R. Xalqının kəskin etirazları nəticəsində həmin təhqiramiz tədbir bir daha təxirə salınıb lakin tədbirin təşəbbüskarları məsələni bildirməkdən çəkiniblər.
Akif Nağı əlavə olaraq deyib: Cari ildə Laçın işğal olunmasının ildönümü mərasimində iştirak edən əhalinin sayı ötən illərlə müqayisədə qat-qat çox olub və həmin gün Bakının şəhidlər xiyabanının ziyarətçilərinin sayının minlər nəfər olduğu qeyd edilir.