Tarix : 2016 Jan 04
Kod 47460

Heydər Əliyev Fondunda gizlədilən milyardlar

22ildir Heyder Əliyev Fondunda gizlədilən milyardların hesabını Mehriban Əliyeva ne vaxt verəcək?
AranNews- Niyə illərdir bunu etmirdilər? Heydər Əliyev Fondu hansı pullar hesabına formalaşır? Oxucumuzun sualına cavab tapmaq üçün əvvəl Heydər Əliyev Fondunun saytına nəzər saldıq. Burada pulun haradan daxil olması barədə informasiya yoxdur. Qurumun büdcəsi, maliyyə qaynaqları barədə saytda məlumat yerləşdirilmir, XALQDAN OGURLANAN PULLARDİ.
Fondun icraçı direktoru Anar Ələkbərovdu, onun barede yazi veraciyik, indi sohbet Fondun Prezidenti Mehriban xanimdandir.
Qurumun 2007 və 2008-ci illərdə həyata keçirdiyi layihələr, onların ilkin və yekun smeta dəyəri, eləcə də maliyyə qaynaqları barədə məlumat versinlər. Portsigar alir Mehriban xanim hansi pullrla 100 minerle dollara? Vaxtilə keçmiş səhiyyə naziri Əli İnsanov məhkəməsində deyirdi ki, onun vəsaiti ilə Azərbaycanda bir neçə məktəb tikilib. Lakin bu işləri Heydər Əliyev Fondunun adına çıxırlar. Bölgələrdən bəzi sahibkarlar da “Şəffaflıq” verilişinə şikayətlənirdilər ki, onları məcburən bəzi obyektlərin bərpasına pul ayırmağa məcbur edirlər və bu işlər Heydər Əliyev Fondunun adına yazılır.
İqtisadçı Azər Mehtiyev deyir ki, onun Fondun vəsaitləri barədə heç bir təsəvvürü yoxdur, real deyil, virtual məbləğlərdən söhbət gedir, yəni müəyyən işlər görülür, fondun adına yazılır. Buna görə də Fondun gəlirləri barədə ciddi danışmaq da mümkün deyil.

Heydər Əliyev Fondunun Pakistanda qızlar üçün tikdiyi 650 yerlik məktəb
Bu tip fondlar tarixən diktatura rejimli ölkələrdə mövcud olub, onlar repressiv rejimə insanlıq donu geyindirmək məqsədi güdür. Belə fondlar heç vaxt maliyyə mənbələrini açıqlamırlar.Əgər Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr barədə verilən məlumatlar doğrudursa, onda bu işlərə 100 milyonlarla dollar vəsait lazımdır. Bütün qurumlardan şəffaflıq tələb etmək üçün Fondun şəffaflığı təmin olunmalıdır. İndi kim nə iş görür, deyir Fondun sifarişiylə edir, Fond pul tələb edir və sairə. Hətta bəzi nazirliklər də qeyri-rəsmi şəkildə Fonda pul köçürdüklərini deyirlər. Fond rəhbərliyi bu söz-söhbətə son qoymaqda maraqlı olmalıdır.Bu qədər söz-söhbətə səbəb olan fond kimə lazımdır? Qaranlıq işlər onsuz da görülür, bu Fondun adı altında görülməsinə ehtiyac yoxdur.Heydər Əliyev Fondu vətəndaşların şikayətlərinə həssas yanaşması ilə də tanınır. Təsadüfi deyil ki, çətinə düşən Azərbaycan sakinləri son pənah yeri kimi məhz bu qurumun qapısını döyür,problemlərin həlin tapir.
  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News