Tarix : 2016 Jan 04
Kod 47461

“Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” konfransı keçirildi

“Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” mövzusunda konfrans beynəlxalq hüquq mütəxəssisləri və Urmiya Universitetinin Elmi Hüquq Qurumunun əməkdaşlığı ilə Urmiya Azad İslam Universitetinin “Şəhid Həmid Bakiri” iclas salonunda keçirildi.
AranNews - “Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin təhlili” mövzusunda konfrans beynəlxalq hüquq mütəxəssisləri və Urmiya Universitetinin Elmi Hüquq Qurumunun əməkdaşlığı ilə Urmiya Azad İslam Universitetinin “Şəhid Həmid Bakiri” iclas salonunda keçirildi.
Konfransda İmam Hüseyn Universitetinin hüquq fakültəsinin dosenti doktor Əbdül Hüseyn Səfayi, Azad İslam Universitetinin hüquq fakültəsinin dosenti Hüseyn Rüstəmzad, Qafqaz məsələləri üzrə ekspert doktor Həsən Səmədzadə çıxış edərək, Nardaran hadisəsini təhlil etdilər, onun hüquqi, siyasi və beynəlxalq aspektlərini araşdırdılar.
Qafqaz məsələləri üzrə ekspert doktor Həsən Səmədzadə Nardaran hadisəsini və Azərbaycan dövlətinin hərəkətini izah etdi, bu hadisəni Azərbaycanın tarixində bir dönüş nöqtəsi adlandıraraq artırdı: “İslamçı hərəkatlar bu ölkədə hər gün güclənir. Buna qarşılıq olaraq dövlətin anti-şiə siyasətləri də sərt və yumşaq addımlar çərçivəsində, o cümlədən dindarlara qarşı silahlı hücum, məhdudiyyətlər yaradan qanunlar qəbul etmək və s. hər gün şiddətlənir.
O çıxışının digər hissəsində Azərbaycan dövlətinin tarixi təhrif etmək, inqilab əleyhdarlarını və millətçiləri dəstəkləmək kimi anti-İran və islamofobiya hərəkətlərinə toxundu və bu hərəkətlərin İranla münasibətlərin azaldılması məqsədi güddüyünü bildirdi.
Beynəlxalq hüquq üzrə müəllim doktor Səfayi də öz çıxışında Azərbaycan dövlətinin Nardaran hadisəsində hərəkətlərini təhlil edərək artırdı: “Bu hadisə beynəlxalq hüquq baxımından, söz azadlığı və etiqad azadlığının pozulması, insan hüquqlarına qarşı cinayət, Azərbaycan Respublikasının konstitusiyasının əsaslarına və qanun imkanlarına istinad etməklə bu ölkənin məhkəmələri, konstitusiya məhkəməsi və Avropa insan hüquqları məhkəməsi tərəfindən izlənməyə imkan verir”.
Tehran Azad İslam Universitetinin hüquq fakültəsinin dosenti Hüseyn Rüstəmzad Avropa İnsan Hüquqları Məhkəməsinin ən müstəqil və tərəfsiz bir məhkəmə olmasına işarə edərək, Urmiya Azad İslam Universitetinin Nardaran hadisəsinin layihəsini hazırlayaraq Avropa Məhkəməsinə təqdim etməsini təklif etdi.
Konfransın sonunda iştirakçılar bəyantq qəbul etdilər və Nardaran hadisəsini məhkum edərək Azərbaycan dövlətindən, beynəlxalq təşkilatlardan və ölkəmizin XİN-dən bu cinayətin səbəbkarları ilə qarşılaşmağı, özbaşına və insan hüquqlarını pozan hərəkətlərin qarşısının almağı, məzlum Nardaran əhalisinin hüquqlarının bərpa olması üçün lazım olan addımı atmağı istədilər. 
  
 

  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News