İslam İnqilabının Böyük Rəhbəri dünya ictimaiyyətinin Səudiyyənin törətdiyi cinayətlərinin qarşısında məsuliyyət duyması zərurətinə təkid edib
AranNews - İslam İnqilabının Böyük Rəhbəri mömin və məzlum alim Şeyx Nimr Baqir əl-nmiri şəhid etmək üzrə səudiyyə Ərəbistanı hökümətinin cinayətini məhkum edərək buyurdular:"Şübhəsiz bu məzlum şəhidin nahaq yerə tukulən qanı sürətlə təsir edəcək və İlahi intiqam əli Səudiyyə siyasətçilərinin yaxasından tutacaqdır.Ayətullahulüzma Xamenei "xaric-i-fiqh" dərsində bu mövzunu bəyan edərək,dünya ictimaiyyətinin Səudiyyənin bu cinayəti və həm də Yəməndə və Bəhreyndə törətdiyi oxşar cinayətləri qarşısında məsuliyyət duyması zərurətinə təkid etdilər.
Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Bu məzlum din alimi nə xalqı silahlı hərəkətə təşviq edirdi, nə də ki, gizli surətdə fitnə törətmişdi, əksinə onun yeganə işi, açıq şəkildə tənqid və dini qeyrət və təəssübdən irəli gələn əmr be məruf və nəhy əz munkər idi.
İslam İnqilabının Böyük Rəhbəri Şeyx Nimrin şəhadəti və onun qanının nahaq yerə tökülməsini səudiyyə hökumətinin siyasi səhvi adlandırıb və belə əlavə ediblər: Allah-Taala günahsızın qanından keçmir və nahaq yerə tökülmüş qan tez bir zamanda Ali-Səud rejiminin siyasətçiləri və icraçılarını tutacaq.
O həzrət insan haqları, demokratiya və azadlıq iddiaçılarının susmaları və günahsızın qanını yalnız tənqid və etiraza görə yerə tökən səudiyyə rejimini himayə etmələrini kəskin tərzdə tənqid edərək, vurğlayıblar ki, İslam dünyası və bütün dünya bu siyasi məsələ qarşısında məsuliyyət hissi keçirməlidirlər.
Həzrət Ayətullahuluzma Xamenei Bəhreyn xalqının səudiyyə hərbçiləri tərəfindən işgəncə edilməsi və onların məscid və evlərinin dağıdılması, həmçinin on aydan çox Yəmən xalqının bombardman edilməsni səudiyyə rejiminin cinayətlərinin digər nümunələrindən adlandırıb və belə deyiblər: Bəşəriyyətin və insan haqları və ədalətin taleyinə sədaqətlə maraqlı olan kəslər bu məsələləri izləməli və bu vəziyyətə laqeyd olmamalıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Yəqin ki, şəhid Şeyx Nimr Allahın lütfkarlığına nail olacaq və şübhəsiz, ilahi intiqam əli onun canına qəsd etmiş zalımların yaxasını tutacaq və məhz bu, təsəlli mənbəyidir.