İran İslam Respublikasının prezidenti: "Belə bir addım dünya və regionda ekstremizm və terrorizmin qızışdırılması və firqəçilik siyasətləri çərçivəsində olubdur ki, son illərdə regionu qeyri-sabit etmək və savaş və qarşıdurma yaratmaqla nəticələnibdir."
AranNews - İran İslam Respublikasının prezidenti Ərəbistan hökumətinin Şeyx Nimr Baqir Əl-Nimri şəhid etmək üzrə qeyri-islami və qeyri-insani hərəkətini ekstremizm və terrorizmin qızışdırılması və firqəçilik siyasətləri çərçivəsində dəyərləndirib. İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin şəhid edilməsi münasibətilə verdiyi müraciətdə Ali-Səud rejiminin bu hərəkətini pisləyərək, vurğulayıb: Şübhə yoxdur ki, Ərəbistan hökuməti bu qeyri-islami addımla dünya, xüsusən islami ölkələr arasında öz imicini daha da xarab etdi.
İran İslam Respublikasının prezidenti sonra deyib: Belə bir addım dünya və regionda ekstremizm və terrorizmin qızışdırılması və firqəçilik siyasətləri çərçivəsində olubdur ki, son illərdə regionu qeyri-sabit etmək və savaş və qarşıdurma yaratmaqla nəticələnibdir.