Tarix : 2016 Jan 04
Kod 47464

Şeyx Nimrin edam edilməsi İstanbulda böyük etirazlara səbəb olub

Aksiya iştirakçıları "Məhv olsun İsraillə əlbir Səud", "Gün gələcək, dövran dönəcək, qatil Səud hesab verəcək", "Məhv osun Amerika, Məhv olsun İsrail", "Şiə sünni qardaşdır, vəhhabilər alçaqdır", "Ləbbeyk Ya Huseyn" şüarları səsləndiriblər.
AranNews - Səudiyyədə Əhlibeyt tərəfdarlarının alimi Şeyx Baqir Nimrin edam edilməsi dünyada olduğu kimi, İstanbulda da böyük etirazlara səbəb olub
"Dünya Cəfəri Alimləri Birliyi" və "Zeynəbiyə hərəkatı" gənclər birliyi İstanbulun Ləvent bölgəsində, Səudiyyə Ərəbistanının konsulluq binası önündə böyük mitinq keçirib.
Mitinqə İstanbulda fəaliyyət göstərən başqa təşklat və dərnəklər də, dəstək verib.
Aksiya iştirakçıları "Məhv olsun İsraillə əlbir Səud", "Gün gələcək, dövran dönəcək, qatil Səud hesab verəcək", "Məhv osun Amerika, Məhv olsun İsrail", "Şiə sünni qardaşdır, vəhhabilər alçaqdır", "Ləbbeyk Ya Huseyn" şüarları səsləndiriblər.
Aksiyanın bəyanatını isə,  "Dünya Cəfəri Alimləri Birliyi" sədri Həsən Karabulut oxuyub.
O Ayətullah Baqir Nimrin edam edilməsini sərt tənqid edərək İslamı vəhhabi düşüncələrindən azad etməyə səsləyib.
Həsən Karabulut vəhdətin önəmini vurğulayaraq "Müsəlmanlara səslənirik, insanlığı sülh içində yaşamaq istəyən möminlərə səslənirik;  İslamı vəhhabilərin əsarətindən azad edək,  İslamı təkfirçi düşüncələrdən xilas edək. Biz Şiə cəmiyyəti olaraq, Cəfərilər olaraq, biz Məhəmmədi dininin tərəfdarıyıq. Biz insanların sərbəst yaşamasının tərəfdarıyıq, biz hər kəsin haqqını hüququnu əldə edib yaşamasını istəyirik. Bunun üçün biz deyirikki,  bölgədə sünni - şiə qarşıdurması yoxdur. Bölgədə Vəhhabi - İslam qarşıdurması var" deyə danışıb.


  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News