Tarix : 2016 Jan 04
Kod 47467

Ali – Səud sülaləsi təkfirçiliyin, təfriqəçiliyin anasıdır

Ali-Səud rejimi Allahın köməyi ilə tez bir zamanda məhv olacaqdır.
AranNews - Ayətullah Xatəmi (Ali Dini Rəhbər seçmə məclisinin üzvü = xübrəqan) müqəddəs Qum şəhəri elmi dini hövzəsinin tələbələrinin və Qum şəhəri əhalisinin Səudiyyə Ərəbistanını məhkum etmək üçün keçirdiyi aksiya zamanı Qumun "Məscide-Ə`zəm" adlanan məscidində çıxışında dedi: Ali – Səud sülaləsi bütün pisliklərin, təkfirçiliyin, təfriqəçiliyin və terrorizmin anasıdır və öz qəbrini öz əli ilə qazmışdır. Ali – Süud bu cinayəti terrorizmlə və təkfirçiliklə mübarizə adı altında törətdi. Çox da gülməli bir bəhanədir. Çünki özü terrorist yetişdirir və terrorizmin anasıdır.
O əlavə etdi: Şiə tarixində şəhadətlər həmişə İlahi hərəkatları irəli aparmaq üçün təkan verən mühərriklər kimi olublar. İslam İnqilabının qələbəsi ildönümü ərəfəsindəyik, o günləri xatırlayın ki, pəhləvi rejimi neçə-neçə mübarizləri şəhid etdi və cinayətləri törətdi, amma sonda 1357-ci ilin Bəhmən ayında xaql qələbə çaldı və şah süqut etdi.
Xatəmi dedi: Ayətullah Şeyx Nimr öz şəhidlik arzusuna çatdı. Ali-Səud bilsin ki, bu cinayəti ilə öz gorunu qazmış oldu. Bu rejim Allahın köməyi ilə tez bir zamanda məhv olacaqdır.


  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News