Tarix : 2016 Jan 04
Kod 47468

Suriya ordusu onlarla terrorçunu məhv edib

Suriyanın ordu qüvvələri xalq qüvvələrinin əməkdaşlığı ilə çoxlu sayda terrorçunu məhv ediblər.
AranNews - Suriya ordusunun ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatda onlarla terrorçu öldürülüb.
Suriyanın şərqində Deyruz-Zur şəhəri yaxınlığında ordu qüvvələri ilə İŞİD terror qruplaşmasının ünsürləri arasında baş verən toqquşmada bir qrup terrorçu öldürülüb.
Həmçinin Suriya ordusu ölkənin cənub-qərbində Şimali Qünəytrə ətrafında terrorçuların yerləşdiyi məkana doğru raket atəşi açaraq onların bir qrupunu öldürüb.
Suriyanın cənubunda Süveyda şəhərində də ordu qüvvələri xalq qüvvələrinin əməkdaşlığı ilə bir terror qruplaşmasının Bərd kəndinə hücumunu zərərsizləşdirib və çoxlu sayda terrorçunu məhv ediblər.
Digər tərəfdən terror qruplaşmaları Suriya ordusu ilə toqquşmada çoxlu sayda qüvvəsi, o cümlədən bir neçə başçısnın öldürülməsini etiraf edib və bildiriblər ki, son bir neçə gündə Dəra ətrafında Şeyx Miskin şəhərində çox ağır xəsarət və tələfatla üzləşmişlər.


  • Yazılıb
  • da (də) 2016 Jan 04
  • Göndərən مدير سايت Aran News