Tarix : 2016 Jan 05
Kod 47475

Səudlar despotların ləyaqətsiz taleyini yaşayacaq

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Rövşən Əhmədli İslam alimi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin Səudiyyə rejimi tərəfindən edamına etiraz olaraq bəyanatla çıxış edib.
AranNews- Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli İslam alimi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin Səudiyyə rejimi tərəfindən edamına etiraz olaraq bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir:
“Rəsmi Ər-Riyadın müsəlman dünyasına və onun ayrı-ayrı haqq, ədalət, mənəviyyat, əxlaqtələb şəxsiyyətlərinə qarşı düşmənçilik mövqeyi bir daha özünü büruzə verdi. Məlum oldu ki, bir ilə yaxındır üzdə antiterror bəhanəsilə, reallıqda isə şiə əhaliyə divan tutan diktatoru müdafiə məqsədilə Yəmənin altını üstünə çevirən, dinc husiləri qətliam edən rejim, əslində öz ölkəsinə, öz xalqına qarşı da belədir: daim repressiya maşınını işə salmağa və çeşidli terror aktları həyata keçirməyə hazırdır.  
Mərhum Şeyx Nimr haqqında çıxarılan qərəzli hökmün icrası may ayına gözlənilirdi – bu müddətdə müəyyən prosedur qaydalara riayət olunmalı, cəza Qazılar Şurasının sədri, Şəriət Məhkəməsinin rəhbəri tərəfindən də təsdiqlənməliydi. İslamın nüfuzlu liderləri və sülhpərvər dünya ictimaiyyəti həmin müddət ərzində ortaq məxrəcə gəlinəcəyinə, kütləvi etirazların cəlladlarla müəyyən təsir qoyacağına, ilahiyyatçı barədə qeyri-obyektiv qərarın dəyişdiriləcəyinə böyük ümidlər bəsləyirdilər. Lakin hökumət xislətinə uyğun şəkildə kəmfürsətlik göstərdi, tələm-tələsik atdığı humanistlikdən uzaq addımla hər hansı güzəştə, barışığa, qarşılıqlı anlaşmaya yer saxlamadı. Sanki məğrur, mübariz, sözünü deməkdən çəkinməyən, sadə kütlələrin dərdlərini, tapdalanmış hüquqlarını düşünən bir rəqibini, tənqidçisini aradan götürməklə rahatlıq tapdı. Amma çılız təsəllidir, nahaqdan qətlə yetirilən şəhid din xadiminin qanından cücərən, vücuda gələn minlərlə, milyonlarla Nimrlər Səud ailəsini müttəhimlər kürsüsündə əyləşdirib, bu layın və daha neçə-neçə belə cinayətin hesabını tələb edəcəklər.   
Nə istəyirdi Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-beyt (ə) alimi? Ölkədə insan haqlarına hörmət, həqiqi İslamın yaşadılmasına şərait, primitiv təriqət ayrıseçkiliyinə son, qanunların aliliyi, o cümlədən qanunvericilik qarşısında hamının bərabərliyi və sair. Kral sülaləsi isə təbii ki, bütün bunların müqabilində demokratik, seçki yolu ilə deyil, əcdadlarından qalan miras kimi yiyələndiyi və milyonlarla günahsız insana qan uddurduğu taxt-tacda özünü görmürdü. Əlbəttə, Şeyx Nimrin sağlığında, yaxud da onsuz, gec-tez Səud hakimiyyətinin də digər despotların – Səddamın, Qəddafinin, Bin Əlinin, Pinoçetin, Pol Potun, Miloşeviçin… ləyaqətsiz taleyini yaşayacağı şübhəsizdir.
Ayətullah Baqir ən-Nimr bu gün şəhidlik məqamındadır, Allah onun qəbrini nurla doldursun, qatillərinə isə hər iki dünyada əbədi lənət eləsin!!! Amin.”
  • Yazılıb
  • da (də) 2016 Jan 05
  • Göndərən مدير سايت Aran News