Tarix : 2016 Jan 05
Kod 47476

Nardaran dindarları Səudiyyə Ərəbistanına qarşı çıxdı

Nardaran Ağsaqqallar Şurası Səudiyyə Ərəbistanının şiə din xadimi Ayətullah Nimr Ən-Nimrin edam olunmasına etiraz olaraq bəyanat yayıb.
AranNews- Nardaran dindarlarınin Səudiyyə Ərəbistana qarşı Bəyanatinda deyilib: “Şeyxin edam hadisəsi Səudiyyə rejiminin birbaşa sonuna gətirib çıxaracaq. Bunu isə bütün dünya, hamımız görəcəyik. Biz hətta ayətullah Nimr Ən-Nimrin həbs olunmasına etiraz əlaməti olaraq da mitinq təşkil etmişdik.
Ümumiyyətlə, bütün islamçılar bu məsələyə öz etirazlarını bildirdilər. İslamda olmayan qondarma məsələləri qabardırlar və iyrənc fətvalar verirlər. Nəinki islamda, digər dinlərdə də belə iyrənc fətvalar yoxdur. Terror təşkilatları yaratmaqla həm şiələri, həm də süniləri belə fətvalara uydururlar. 11 nəfər süni aliminin başını meydanda kəsdilər. İnsanlığa sığmayan vəhşiliklər etdilər. Bəşəriyyət bunu necə qəbul edir, mən bilmirəm? Elə bil ki, faşizmin lap iyrənc formasıdır. Ümumiyyətlə, ayrıseçkilik çox pis məsələdir. Heç kəsi irqinə, dininə, düşüncəsinə görə təqib etmək, qətlə yetirmək olmaz. Bu islamın başlıca qanunlarından biridir. Necə yəni, bu o cür qəbul edir, yaşasın da… İslam dövləti qurulubsa, demək ki, onun özünün də qanunları var. Heç bir dinə sitayiş etməyən o qədər insanlar var. Yalnız qanunlara əməl edirlər”.
Bunu Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib. Onun sözlərinə görə, hökümətlərdə olan bəzi insanlar bunları dərk etmirlər: “Osmanlı türkcəsini dağıdan elə Səudiyyə Ərəbistanının özüdür. Ona isə İngiltərə və orada olan maliyyə qaynaqları kömək edir. Məlumdur ki, o maliyyə qaynaqları kimlərdədir. Bütün bəşəriyyət bu edama qarşı çıxdı. Amma buna məhəl qoyan olmadı”.
Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurası Səudiyyə Ərəbistanının şiə din xadimi Ayətullah Nimr Ən-Nimrin edam olunmasına etiraz olaraq bəyanat yayıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 05
  • Göndərən مدير سايت Aran News