ermənilər işğal etdikləri ərazilərdə beynəlxaq turizmi inkişaf etdirməyə çalışırlar.
AranNews- Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq turizm layihələri həyata keçirilir. Belə ki, ermənilər Dağlıq Qarabağda beynəlxaq turizmi inkişaf etdirməyə çalışırlar.
Azərbaycanın gözəl incisi Qarabağın təbiətini, tarixi mədəni və tarixi təbii abidələrini öz adlarına çıxan işğalçılar, ərazidə cənubdan şimala doğru iki turistik marşrut müəyyənləşdiriblər.
Qondarma rejimin iqtisadiyyat naziri Sergey Şahverdiyan düzgün marketinq siyasəti, həmçinin turistin infrastrukturun inkişafı sayəsində turist axınını artırmağı düşündüklərini deyib.
Xatırladaq ki, ötən ilin aprel ayında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz turizm layihələrinin həyata keçirilməsi məsələsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdiyi görüşdə müzakirə edilmişdi. İspaniyanın paytaxtı Madrid şəhərinə səfəri çərçivəsində T.Rifai ilə görüşən Ə.Qarayev ona Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlığını bildirmişdi.