Tarix : 2016 Jan 05
Kod 47479

İran və Səudiyyə səfirliklərinin təhlükəsizlik tədbirləri gücləndirildi

İran və Səudiyyə Ərəbistanı arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
AranNews- 2 ölkə arasında yaranmış gərginliklə bağlı İranın Azərbaycandakı səfirlikləri bəyanat veriblər.
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ANS-ə açıqlamasında bildirib ki, din xadiminin edam edilməsi İslam dünyasında böyük hadisədir: “Şeyxin edamı beynəlxalq standartlar və insan hüquqlarının pozulmasıdır. Bu, İslam dünyasında parçalayıcı siyasətin və ekstremist terrorçuların dəstəklənməsinin davamıdır. Əlbəttə ki, dünya müsəlmanları Nimr əl-Nimrin edamından narazıdırlar və bu cinayəti törədənlərə öz etirazlarını bildirirlər. Dünya müsəlmanlarının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən istəyi budur ki, bu cinayətə reaksiya versinlər və hadisəni beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirsinlər”.
Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb. Polislərin verdiyi məlumata görə, əvvəlki günlərlə müqayisədə, diplomatik nümayəndəliyin təhlükəsizliyinin qorunmasına daha çox əməkdaş cəlb olunub.
Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib.
Səudiyyə Ərəbistanı səfirliyi kimi, İran nümayəndəliyi də ciddi mühafizə olunur.

  • Yazılıb
  • da (də) 2016 Jan 05
  • Göndərən مدير سايت Aran News