Tarix : 2016 Jan 06
Kod 47481

Türkiyədə daxili savaş başlayacaq

Türkiyə Silahlı Qüvvələri PKK silahlılarına qarşı...
Arannews- Bu il Türkiyədə daxili savaş başlayacaq.
barədə "Nyusvik" mətbuat orqanında analitik məqalə dərc edilib.
Məqalədə vurğulanır ki, Türkiyədə AKP iyun seçkilərində üstünlüyünü itirəndən sonra PKK ilə davam edən iki illik atəşkəsə son qoyulub. Bu vəziyyət ölkənin cənub-şərqində "burulğan"a səbəb olub. Türkiyə Silahlı Qüvvələri PKK silahlılarına qarşı bir sıra əməliyyatlar keçirir. Zorakılığın yenidən canlanması və AKP-nin HDP-yə qarşı apardığı kampaniya Əhməd Davudoğlunun noyabr seçkilərində qələbəsi ilə yekunlaşıb. Ancaq bu nəticə kürdlər arasında təzyiqin artmasına yol açıb. HDP-nin təsiri altında olan bəzi kürd qruplar da muxtariyyət tələb edir. Kürdlərin Türkiyədən ayrılmaq istəyi qarşılığında nə Ərdoğan, nə də Davudoğlu heç bir güzəştli təklif irəli sürmür. Qarşıdurmanın yenidən kəskinləşəcəyi gözlənilir.


  • Yazılıb
  • da (də) 2016 Jan 06
  • Göndərən مدير سايت Aran News