Tarix : 2016 Jan 06
Kod 47483

İranda sünni alimlərin edam edilməsi yalandır

bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Şeyx Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və...
Arannews- İranın Azərbaycandakı səfirliyi İranda bəzi sünni alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərləri təkzib edən bəyanat yayıb.
Səfirlikdən verilən məlumata görə, bəyanatda bildirilir ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar: “İranın Bakıdakı səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir”.


  • Yazılıb
  • da (də) 2016 Jan 06
  • Göndərən مدير سايت Aran News