Tarix : 2016 Jan 06
Kod 47484

Təbrizdə Nardaran şəhidlərinin 40 günü mərasimi keçirildi + Foto

Təbrizin İmam Zaman (əc) məscidində Nardaran şəhidlərinin 40 günü mərasimi keçirildi.
AranNews- Nardaran faciəsində şəhid olanların 40 günü münasibətilə Təbrizin İmam Zaman (əc) məscidində və digər məscidlərində anım mərasimləri keçirildi.
İmam Zaman (əc) məscidində keçirilən mərasimin natiqi höccətül-islam Məhərrəm Ağazadə region ölkələrində şiə ruhaniləri və möminlərin ilahi şüarları qoruduqları və Əhli-beytin (ə) yolunu getdikləri üçün öz dövlətləri tərəfindən zülmə məruz qalmalarını, zindana salınmalarını bəyan edərək, artırdı: “Qurani-kərimin bəzi ayələrində hicab və iffətin əhəmiyyəti vurğulanmış, təqvasızlıq və vacibata əməl etməməyin aqibətinin pis olması açıqlanıb”.
O dedi: “Azərbaycan dövləti son bir neçə ildə anti-İran və məscidi dağıtmaq, azan verilməsini yasaqlamaq, hicabı qadağan etmək, dindar və ruhaniləri həbs etmək kimi islamofibiya siyasətləri icra etməkdədir. Nardaran qanlı hadisəsi də bu proqram çərçivəsində həyata keçmişdir. Qeyd edim ki, bu proqram Azərbaycandan başqa da bir neçə ölkədə İslam düşmənləri tərəfindən qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmişdir”.
Mərasimin natiqi İslam dünyasında anti-şiə hərəkətlərini, xüsusilə də Ayətullah Şeyx Nimrin edam edilməsini, Nigeriya və Azərbaycanda şiələrin qətliam edilməsini pisləyərək, Hacı Taleni Azərbaycan Respublikasında islamofobiya ilə mübarizənin, azadlığın müdafiəsinin ön cəbhəsindəki bayraqdarlarından olduğunu vurğuladı. “Bu mübariz ruhani silahlı dövlət çevrilişi etməkdə ittiham olunaraq zindana salınıb və işgəncələrə məruz qalır”-deyə o, artırdı.
Höccətül-islam Məhərrəm Ağazadə Azərbaycanın təhlükəsizlik və polis qüvvələrinin Nardaranda Rəhimə Xatun (ə) ziyarətgahı yaxınlığında bir hüseyniyyədə namaz qılan dindarlara hücum edərək, onlardan 6 nəfəri şəhid, 37 nəfəri yaralamasını xatırladaraq artırdı: “Bu hadisədə digər 40 nəfər dindar da silah və narkotik maddələr saxlamaq kimi əsassız ittihamlarla həbs edilib və zindanlara salınıb”.
Natiq, Nardaran qanlı hadisənin şəhidlərini və qurbanlarını dəstəklədiklərini elan edərək dedi: “Biz, İmam Hüseyn (ə) yolunda şəhid olmağı bu əzizlər üçün böyük iftixar bilirik və bu uca məqamlı şəhidlərin ailələri və yaxınları üçün Allahdan səbr və dözüm diləyirik”.










  • Yazılıb
  • da (də) 2016 Jan 06
  • Göndərən مدير سايت Aran News