Tarix : 2016 Jan 07
Kod 47485

Təbrizin İmam Sadiq (ə) məscidində Nardaran şəhidlərinə 40 mərasimi keçirilib

Azərbaycan Respublikasında qanlı Nardaran faciəsinin şəhidlərinə Təbrizin İmam Sadiq (ə) məscidində 40 mərasimi keçirilib.
AranNews- Çərşənbə axşamı günü Təbrizin Vəliyyi-Əsr  İmam Sadiq (ə) məscidi Azərbaycan Respublikasında 26 noyabr 2015-ci il tarixində Naradaran qəsəbəsində polis hücumuna məruz qalıb şəhadətə çatanlara 40 mərasimi keçirib. Xalq yalnız şiə olduğu üçün qətlə yetirilən bu insanlara öz hörmət və ehtiramını bildirib. Təbriz xalqı hadisə baş verən gündən Naradaranla həmrəylik edib, bu cinayətə etiraz olaraq Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Mərasimdə ilk çıxış edən Azərbaycan Respublikasının şiə mübarizi Şeyx Tövhid Lənkərani olub. Şeyx Tövhid Lənkərani Təbriz xalqına bu ağır günlərdə həmdərdliyə görə təşəkkürünü bildirib. O deyib ki, bu mübarizə yolunda həbsdə olub, işgəncələrə məruz qalıb və hazırda bu mərasimə qatılıb ki, Təbriz xalqına öz təşəkkürünü bildirsin. Şeyx Tövhid Lənkərani deyib: Bütün bu hadisələrin pərdəarxası var. Sovetlər Birliyi dağılandan sonra Azərbaycan xalqı öz şiə kimliyinə qayıtmaq yolunu seçdi. O dövrdə onlarla insanın iştirak etdiyi mərasimlərə milyon əzadar toplandı. Əvvələr İsrail səfiri deyirdi ki, biz özümüzü Bakıda Tel-Əvivdən rahat hiss edirik. İndi isə İsrailə münasibətdə Azərbaycanı Livana bənzədirlər...
Şeyx Tövhid Lənkərani şəhid ailələri adından mərasimi keçirənlərə təşəkkür edib insanları Vilayəti-Fəqihin qədrini bilməyə çağırdı. Qeyri-dini hakimiyyətə yaşayan bu tələbənin Vilayəti-Fəqih nemətini daha dəqiq dəyərləndirdiyi nəzərə gəlir.
Çıxış üçün söz höccətülislam Bərgiyə verildi. Cənab Bərgi Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənlik vəzifəsini bu mərasimin keçirilməsinin əsas səbəbi kimi göstərdi. O bildirdi ki, bu gün İslam dünyasının yaşadağı böhranın əsas səbəbi qeyri-ilahi hakimiyyətlərdir.  Natiq Ərəbistan padşahının küfr başçıları ilə şərab məclisinə qatılmasını, belə sərsəm başçıların təqsirindən Həcc mərasimində Minada 7 min zəvvarın həlak olmasını yada saldı. O yada saldı ki, sünnə məzhəbindən olan Zəkzaki İmam Xomeyni (r) ilə görüşdən təsirlənib  şiə olmaq qərarına gəlmişdi. Höccətülislam Bərgi Azərbaycanda İslam hərakatı, hərakatın liderləri mərhum Hacı Əlikram Əliyevi, həbsdə olan Mövsüm Səmədovu xatırladı.  Nardaranın məzhəbi qəsəbə olduğunu, bu qəsəbədə küçələrə dini adlar verildiyini, rejimin həmişə  qəsəbəyə təzyiq göstərdiyini vurğuladı.
Mərasimin sonunda Möhsin Ustuvar bəyanat oxuyub.

















  • Yazılıb
  • da (də) 2016 Jan 07
  • Göndərən مدير سايت Aran News