Tarix : 2016 Jan 06
Kod 47486

Tehranda Nardaran şəhidlərinin 40 mərasimi keçirildi

Keçən gecə Tehranın İmam Həsən (ə) məscidində 26 noyabr Nardaran hadisələrində şəhid olanların 40 mərasimi keçirilib.


AranNews-
Quran tilavəti ilə başlanan məclisdə mərsiyələr oxunub, höccətül-islam vəl-müslimin Hüseyni xütbə edib. Xətib şəhidlərin xatirəsini əziz tutaraq bu barədə ayə və hədislər oxuyub, geniş izahlar verib. Eyni zamanda baş verən hadisə haqqında təəssüflə danışaraq bu qanlı faciəni törədənlərin böyük səhvə düçar olduqlarını qeyd edib. İmam Hüseynə (ə) qarşı başlanan bu yanlış siyasətin nəticəsiz qalacağını vurğulayan Hüseyni tarixdən bu barədə çoxlu misallar gətirib. İmam Hüseyn (ə) bayrağını divarlardan qoparıb yerinə Azərbaycan bayrağının sancılmasını düşüncəsiz bir hərəkət hesab edib. O, vurğulayıb ki, Azərbaycan kimi bir ölkədə milli bayrağ Hüseyn bayrağının yerinə yox onun kənarına sancılmasının düzgün addım olduğunu qeyd edib.

Söhbətin davamında dünyada və regionda baş verən hadisələr o cümlədən Ərəbistanda Şeyx Nimrin şəhid edilməsi və Nigeriyada yüzlərlə günahsız dindarın qətlə yetirilməsini məhkum edib. Məclisin sonunda ehsan süfrəsi açılıb, bütün şəhidlərin ruhuna fatihə oxunub.
  • Yazılıb
  • da (də) 2016 Jan 06
  • Göndərən مدير سايت Aran News