Tarix : 2016 Jan 07
Kod 47491

Ərəbistan xarici işlər naziri cinsiyyətini təyin etmək üçün Tailandı seçib

Səudiyyə Ərəbistanında cinsiyyət dəyişirilməsini müdafiə edən nazirin geyimi, davranışları və danışıq tərzi daim ölkə siyasətçiləri tərəfindən tənqid edilir.
AranNews - Banqkokda nəşr edilən “Tay Post” qəzeti yazıb: “Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr özünün cinsiyyət böhranına son qoymaq üçün Tailandın paytaxtında tam təchizatlı özəl xəstəxanaların birində cinsiyyət dəyişdirməyin ilkin mərhələsi olan hormon testləri üçün müayinə edilib”. 
Səudiyyə Ərəbistanında cinsiyyət dəyişirilməsini müdafiə edən nazirin geyimi, davranışları və danışıq tərzi daim ölkə siyasətçiləri tərəfindən tənqid edilir.
Tailandın səhiyyə naziri artırıb: “Ərəbistan xarici işlər nazirinin müalicə prosesi barədə daha dəqiq məlumatlar sonradan veriləcək”.  
Ərəbistan məsələləri üzrə ekspert doktor Gidu İştainborq “Skype” vasitəsilə verdiyi müsahibəsində deyib: “Əl-Cubeyrin həkimləri onun daxili meyllərini nəzərə alaraq çox tez bir zamanda cinsiyyətini (kişidən qadına) dəyişdirmək üçün SRS adlı cərrahiyyə əməliyyat olunmasını tövsiyə ediblər. Çünki nazirin “özü” barədə verdiyi məlumata əsasən onun fiziki xüsusiyyətləri kişi xüsusiyyətləri ilə uyğun deyil. Amma Ərəbistan camiəsinin və ölkəyə hakim vəhabiliyin siyasi və ictimai təzyiqlərinə görə Əl-Cubeyr kişi cinsi seçmək məcburiyyətində qalıb”.
Tailandın səhiyyə naziri, yerli jurnalistlərin Əl-Cubeyrin öz cinsiyyətini dəyişdirməsi barədə qəti qərar qəbul edib-etməməsi barədə suallarına cavab verməkdən çəkinib, amma bunu deyib ki, Əl-Cubeyr cərrahiyyə əməliyyatı kurslarında və ondan sonra da xüsusi dərmanlardan istifadə etməlidir, həmçinin psixolji tövsiyələrə bərk ehtiyacı vardır.


  • Yazılıb
  • da (də) 2016 Jan 07
  • Göndərən مدير سايت Aran News