Tarix : 2016 Jan 07
Kod 47492

İŞİD-in hərbi nazir məhv edildi

İŞİD daxilində “hərbi nazir” vəzifəsini icra edən Tamir Məhəmmədən sonra daha 3 terrorçunun məhv edilib.
Arannews- İraq Hərbi Hava Qüvvələrinin Ənbar vilayətinə hücumu nəticəsində İŞİD daxilində “hərbi nazir” vəzifəsini icra edən Tamir Məhəmməd Mətlub Məhləvai adlı şəxsin zərərsizləşdirildiyi açıqlanıb.
Xəbərə görə bu barədə hərbi komandanlığın informasiya bürosunun “Facebook” səhifəsində məlumat verilib. "Nazir"lə yanaşı, daha 3 terrorçunun məhv edildiyi bildirilir.
“Al-Arabia” telekanalı öldürülən “nazir”in adı Samer Muhammed Matlub əl-Məhləvi və ya “Əbu Muaz” olduğu barədə xəbər yayıb.
Ötən ilin dekabrında İraq hərbçiləri “maliyyə naziri” vəzifəsini icra edən terrorçunu da zərərsizləşdirdiklərini açıqlamışdılar.


  • Yazılıb
  • da (də) 2016 Jan 07
  • Göndərən مدير سايت Aran News