AranNews- bunu Rusiya Məhkəmə Pristavları Federal Xidmətinin nümayəndəsi Oksana Pulina bildirib.
O, 2015-ci ildə Rusiyadan deportasiya edilən qanunsuz miqrantların sayının ötən illə müqayisədə azaldığını söyləyib: “2014-cü ildə 35.100 nəfər qanunsuz miqrant deportasiya edildiyi halda, keçən il bu rəqəm 31 min 800 nəfər olub”.
Qanunsuz miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanunun 2012-ci il, yanvarın 1-dən qüvvəyə mindiyini xatırladan Federal Xidmət nümayəndəsi 4 il ərzində 120 min nəfərə yaxın qanunsuz miqrantın ölkə ərazisindən çıxarıldığını qeyd edib.