İran İslam Respublikasının Bakıda səfiri Möhsin Pakayin "Keyhan" qəzetinin "Ölkəmizin səfirliyinin Nardaran faciəsi qarşısında anlaşılmaz mövqei" adlı yazısına münasibət bildirərək, bu qəzetə cavab ünvanlayıb.
AranNews- Redaksiyamız "Keyhan" qəzetinə istinadla xəbər verir ki, Nardaran acı hadisəsi və Azərbaycan Respublikası dövlətinin bu məntəqənin əhalisi ilə zorakı rəftarının ardınca Keyhan qəzeti 15 dekabrda çap etdiyi sayında "Ölkəmizin səfirliyinin Nardaran faciəsi qarşısında anlaşılmaz mövqei" adlı yazı dərc etmişdi. İran İslam Respublikasının Azərbaycan Respublikasında səfiri Möhsin Pakayin bu yazıya münasibət bildirərək, qəzetə cavab göndərmişdir.
Cavab aşağıdakı kimidir:
1. Nardaranda baş verən acı hadisənin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi hadisənin ilk günlərindən Azərbaycan Respublikasının aidiyyatı olan dini və siyasi rəsmiləri ilə danışıqlar aparmış, öz nəzərini elan etmək, həmçinin bəyanat verməklə, iki ölkə arasında dostcasına münasibətləri nəzərə alaraq, bu münasibətlərə xələl gəlməməsinə, ixtilafları azaltmaq məqsədilə müşavirə, müzakirə və sərtlikdən çəkinməyin roluna təkid etməyə cəhd göstərmişdir.
Keyhan qəzetində verilmiş yazıda səfirliyin bəyanatında təkcə həlak olanlara bağışlanmaq dilənməsinə toxunulub, bu bəyanatın verilməsi mahiyyət və funksiyasını itirmiş bir hərəkət hesab edilib. Halbuki, bəyanatda aşağıdakı məsələlər vurğulanmışdı:
a) İran həmişə prinsipial siyasət öndə tutaraq, ixtilafların zorakılıq və qan tökülməsi yolu ilə həll olunmasına müxalifdir.
b) Vəhabilik ünsürləri Nardaran hadisəsindən sui-istifadə edərək şiəliyi təkfirçi və ekstremizmdə ittiham etmiş, şiələri özlərinin təkfirçi və terrorçu əməllərində şərik göstərməyə cəhd etmişdir.
c) Şiəlikdə heç vaxt təkfirçi təfəkkür olmayıb və məntiq, mötədil, fitri din kimi tanınıb. Özləri təkfirçi yetişdirənlər və onları Suriyaya göndərənlər, şiəliyi təkfirçi adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də Azərbaycanın əziz xalqını təhqir edirlər.
d) Din alimləri, xüsusilə də şiə rəhbərləri bu qəbildən olan təbliğatlar qarşısında ehtiyatlı olsunlar, şiəliyi təkfirçi adlandıranlar qarşısında aşkar və aydın mövqe tutsunlar.
e) Dost ölkələrində mövcud olan bütün ixtilaflar dinc, müzakirə, böyüklərin və ağsaqqalların təcrübələri vasitəsilə həll edilməlidir.
2. Bəyanat verməklə yanaşı Azərbaycan Respublikasının dini və siyasi rəsmiləri ilə dəfələrlə müzakirələr aparıldı və əzadarlıq bayraqlarına qarşı hörmətsizliyə etiraz bildirildi, bu bayraqların Nardaranın imam Hüseyn (ə) meydanında endirilməsinin ardınca onlardan öz mövqelərini islah etmələri və özlərini İslam dünyasının ümumi fikri qarşısında qərar verməmələri istənildi.
3. Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri də bütün tərəfləri bədxahların məkirli planları qarşısında ayıq olmağa çağırdı və təkid etdi ki, iki ölkə arasında aparılan danışıqlar nəticəsində İslam şüarlarına təzim olunması və dini məkanlara hörmətlə yanaşılması barədə münasib şərait yaradıldı. Səfər ayının son günlərində Azərbaycanın məscid və dini məkanlarında əzadarlıq mərasimlərinin keçirilməsi bu müzakirələrin nətisəndən sayılır.
4. İran İslam Respublikasının xarici siyasəti bütün ölkələrə qarşı, xüsusilə də qonşu ölkələrlə, məxsusən Azərbaycan Respublikası ilə həmişə yaxşı qonşuluğa riayət etmək, qarşılıqlı anlaşma, daxili işlərə müdaxilə etməmək prinsipi izləmiş və bu siyasəti əməldə də icra etmişdir. Eyni halda İran, İslam dünyasının paytaxtı kimi müsəlmanların hüquqlarını və islami müqəddəsləri müdafiə etməyi özünün prinsipial vəzifəsi sayır. Nardaran hadisəsində İran İslam Respublikası qeyd olunan prinsip çərçivəsində şiə simvollarına qarşı hörmətsizliyə etirazını bildirdi, vəhabilik və təkfirçilik ittihamları qarşısında şiəliyi müdafiə etdi.
5. Sözü gedən hadisədə alimlər, İslami Şura Məclisinin nümayəndələri, ekspertlər, medialar haqq-ədalətə riayət etməklə və qonşularla dostcasına münasibətlərin qorunmasının zəruriliyinə diqqət etməklə öz konstruktiv mövqelərini bildirdilər.
Sonda ölkəmizin konstitusiyasında qeyd olunan qonşu və müsəlman ölkələri ilə münasibətlərin qorunması prinsipinin zəruriliyinə təkid etməklə yanaşı, ölkənin siyasi, mədəni və dini elitasının dəqiq və xeyirxahcasına mövqeini yaxşı qarşılayırıq və diplomatik aparatlara öz vəzifələrini yetirməkdə yardım edəcəklərini gözləyirik.