Nardaranın Ağsaqqallar Şurasının rəhbəri Natiq Kərimov dünən günorta Nardaranda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
AranNews- Nardaranın Ağsaqqallar Şurasının rəhbəri haci Natiq Kərimov dünən günorta Nardaranda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Haci Natiq Kərimov haqqında məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunub.
qeyd etməliyiq ki, Natiq Kərimov Nardaranla bağlı reallıqları Azərbaycan mediyalarina çatdırırdı.