Tarix : 2016 Jan 08
Kod 47501

Hcaci Taleh Bağırzadənin burun sümüyü sındırılıb

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin işgəncə nəticəsində burnu sındırılıb.
AranNews- Bubarədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb.
Haci Taleh Bağırzadənin saxlanma şəraiti, hüquqlarının pozulması ilə əlaqədar vəkili məhkəmə nəzarəti qaydasında şikayət verib. Bu şikayətə Nəsimi Rayon Məhkəməsində yanvarın 14-də saat 15.00-da baxılacaq.
Vəkil bildirib ki, məhkəmə iclasında işgəncə hallarının araşdırılması üçün tibbi ekspertinın keçirilməsi məsələsini qaldıracaq.
Hələ noyabrın sonunda Taleh Bağırzadənin yaxınları ilə müqavilə bağlayan vəkil deyir ki,dekabrın 29-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) dəvət edilib.
“Orada mənim müdafiəçi olaraq, formal təqdimatım keçirildi. Taleh Bağırzadə ilə konfindensial ünsiyyət saxlamaq imkanım olmasa da, qısaca danışmaq imkanım olu. Ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib. Buna baxmayaraq, o, özünü təqsirli bilməyib“, – deyə Cavad Cavadov qeyd edib.
Vəkilin sözlərinə görə, noyabrın 26-da həbs olunandan bəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Taleh Bağırzadənin hələ də ailə üzvlərilə telefonla əlaqə saxlamaq hüququ təmin olunmur. Yaxınlarının onun üçüngöndərdiyi sovqat, hətta adi pal–paltar da qəbul edilmir.
  • Yazılıb
  • da (də) 2016 Jan 08
  • Göndərən مدير سايت Aran News