Tarix : 2016 Jan 08
Kod 47505

Suriya ordusu Homs və Lazkiyada anti-terror əməliyyatları keçirib

Suriya ordusunun keçirdiyi anti-terror əməliyyatları zamanı onlarla terrorçu məhv edilib.
Arannews- Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə İdlib, Homs və Lazkiyada anti-terror əməliyyatları keçirib.
Bu anti-terror əməliyyatları zamanı onlarla terrorçu məhv edilib.Bununla yanaşı, terrorçuların bir neçə komandiri məhv edilib. 
Suriya ordusu terrorçuların ABŞ istehsalı olan "TOW" raket kompleksini də məhv etməyə müvəffəq olub. Hökumət qüvvələri eyni zamanda Lazkiyada "Əxrar əş-Şam" terror qruplaşmasının komandirləri Əbu Yəhya və Əbu Təmimi məhv edib.
Bundan başqa, Homs vilayətində 84 terrorçu hökumət qüvvələrinə təslim olub.


  • Yazılıb
  • da (də) 2016 Jan 08
  • Göndərən مدير سايت Aran News