Tarix : 2016 Jan 08
Kod 47506

İŞİD terrorçuları qadın və uşaqlardan insan sipəri olaraq istifadə edir

İŞİD terrorçuları iraq ordusunun irəliləməsi və öz mövqelərinin bombalanmasının qarşısını almaq üçün qadın və uşaqlardan insan sipəri olaraq istifadə edir.
Arannews- İraqın Terrorizmlə Mübarizə İdarəsinin rəisi Talib əl-Kənani deyib: Rəmadi şəhərinin azad olunmasında ordu yaxşı təcrübələr əldə etdi və bu təcrübələrdən Mosul şəhərinin azad olunmasında istifadə edəcəkdir.
əl-Kənani deyib: Mosulun azad olunması sürətli, qəfil və asan olacaqdır.
Terrorizmlə Mübarizə İdarəsinin rəisi əlavə edib: İŞİD terrorçuları Fəllucədə ordunun irəliləməsi və öz mövqelərinin bombalanmasının qarşısını almaq üçün qadın və uşaqlardan insan sipəri olaraq istifadə edir.


  • Yazılıb
  • da (də) 2016 Jan 08
  • Göndərən مدير سايت Aran News