Şeyx Nəim Qasim: "İran həmişə hücuma məruz qalır. Lakin bütün məkrli planları uğurla və ayıqlıqla arxada qoyur və bu məkrli planların səbəbkarları devrilirlər."
Arannews- Livan Hizbullahının baş katibinin müavini İran İslam Respublikasını düşmənlər qarşısında ərəblər və müsəlmanlar üçün önəmli dayaq və arxa adlandırıb.
Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim səudiyyəlilərin daxili və xarici məsələlərdə məntiqə üz tutmalarının zəruriliyini vurğulayıb və deyib: İran Fars körfəzinin təhlükəsizliyinin qorunması və ərəblər və müsəlmanlar üçün önəmli arxadır.
Şeyx Nəim Qasim əlavə edib: İran sionist rejimi ilə əlaqələrin qurulması planını alt-üst etdi və bu rejimin İrandakı səfirliyini Fələstin, eləcə də ərəblərin və müsəlmanların problemlərinin xeyrinə bağladı.
Livan Hizbullahının baş katibinin müavini həmçinin deyib: Ərəbistanın İranla əlaqələri kəsməklə yaratdığı qalmaqal Ərəbistanın şiə ruhani Şeyx Nimr Baqir əl-Nimri edam etməklə böyük cinayətə əl atması reallığı dəyişməyəcək və Ərəbistan və insan haqları iddiasında olan dünya ölkələrinin alnından utanc ləkəsini silməyəcəkdir.
Şeyx Nəim Qasim əlavə edib: Ərəbistanın məntiqə qayıtmaq və həll yollarının bir hissəsi olmaqdan başqa yolu yoxdur. Ərəbistan özü problemlərin yaradılmasının səbəbkarı olmamalıdır. Çünki bu problemlər və terrorçular sonda onun özünə qayıdacaq.
Livan Hizbullahının baş katibinin müavini bildirib: İran həmişə hücuma məruz qalır. Lakin bütün məkrli planları uğurla və ayıqlıqla arxada qoyur və bu məkrli planların səbəbkarları devrilirlər.