Tarix : 2016 Jan 09
Kod 47513

Bəhreyndə və Ərəbistanda Ali-Səud və Ali-Xəlifəyə qarşi etirazlar davam edir

Aksiya iştirakçıları Ali-Səud və Ali-Xəlifə rejimlərinin cinayətləri əleyhinə şüarlar veriblər.
Arannews- Bəhreyndə və Ərəbistanın şərqində tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinə etirazlar davam edir.
Bəhreynin Sitrə adası sakinləri və Ərəbistanın şərqində, Şeyx Nimrin anadan olduğu yerdə keçirilən aksiyalarda Ali-Səudun cinayətləri tənqid edilib.
Bu etiraz aksiyalarında inqilabçı fəallar və müxtəlif təbəqədən olan insanlar iştirak ediblər.
Aksiya iştirakçıları Ali-Səud və Ali-Xəlifə rejimlərinin cinayətləri əleyhinə şüarlar veriblər.
2016-cı il 2 yanvar tarixində Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsi xəbərinin yayılmasının ardınca, Ərəbistanın şərqində və Bəhreyndə şiə sakinli məntəqələr Ali-Səud rejimi əleyhinə etiraz aksiyalarının şahididir.


  • Yazılıb
  • da (də) 2016 Jan 09
  • Göndərən مدير سايت Aran News