Dekabr ayının 21-də növbəti devalvasiyadan sonra dövlət qurumlarının xarici borcları daha artıb.
AranNews- Məlumat üçün deyək ki, ümumilikdə dövlət qurumlarının xarici borcları 7 milyard dollar civarındadır.
Bu vəsaitlər əsasən Dünya Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilib. Rəsmi məlumatlarda deyilir ki, həmin vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilmişdir.
Vəsaitləri əsasən Nəqliyyat Nazirliyi, “Azərsu”, “Azərenerji”, “Azərbaycan Dəmir Yolları” QSC götürüb. Götürülən vəsaitlər 60 faizi dollarla, 20 faizdən bir az artığı isə avro ilədir. Xarici borcların artması da bu səbəbdəndir. Nəzərə alsaq ki, manatın ucuzlaşmaqda davam edəcək, o zaman xarici borcların artmasının da davamlı olcağanı söyləmək olar.