Tarix : 2016 Jan 10
Kod 47522

Ali-Səud rejiminin qüvvələri şiələrə atəş açiblar

Ali-Səud rejiminin qüvvələri şiə sakinli qəsəbəyə hücum edərək, heç bir xəbərdarlıq etmədən atəş açmağa başlayıblar.
Arannews- Ali-Səud rejiminin qüvvələri Ərəbistanın şərqindəki Qətif vilayətinin Ələvamiyyə şiə sakinli qəsəbəsinə hücum edərək, heç bir xəbərdarlıq etmədən atəş açmağa başlayıblar.
Ali-Səud rejiminin hərbçiləri ötən şənbə günü tanınmış ərəbistanlı şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam edilməsindən sonra şiə sakinli Ələvamiyyə qəsəbəsini mühasirəyə aldılar.
Ərəbistan şiələrindən minlərlə nəfər Ələvamiyyə qəsəbəsində aksiya keçirərək, Ali-Səud rejiminin məhv edilməsini tələb edib.
Aksiyaçılar "Ali-Səuda ölüm!" şüarı veriblər.
Ali-Səud rejiminin ərəbistanlı şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimiri edam etməsi dünya səviyyəsində, xüsusən İslam dünyasında geniş etirazlarla üzləşibdir.


  • Yazılıb
  • da (də) 2016 Jan 10
  • Göndərən مدير سايت Aran News