Tarix : 2016 Jan 10
Kod 47524

Yüzlərlə İŞİD terrorçusu məhv edildi

İraq ordusu İŞİD-in hücumlarını önləməklə yanaşı, terrorçulara qarşı hücumlarda yeni uğurlar əldə edib.
Arannews- İŞİD-in əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərində məğlub olmasının və Fəllucə şəhərindəki mövqeyinin zəifləməsinin ardınca, bu qruplaşma üzvləri itirilmiş mövqeləri geri qaytarmaq üçün bir sıra əməliyyatlar həyata keçirib ki, yüzlərlə terrorçusunun ölümü ilə nəticələnib.
Bağdad Əməliyyat Qərargahının komandanı Əbdüləmir Şəmiri deyib: İraq ordusu İŞİD-in hücumlarını önləməklə yanaşı, terrorçulara qarşı hücumlarda yeni uğurlar əldə edib.
O həmçinin deyib: son günlər ərzində 200-dən çox terrorçu öldürülüb və onlarla bomba quraşdırılmış avtomobil məhv edilib.
İraq Əməliyyat Qərargahının komandanı həmçinin, deyib: İraqın Hava Qoşunları Rəmadinin azad edilməsində mühüm rol oynayıblar.
İraqın təhlükəsizlik rəsmiləri bildirirlər ki, terrorçular savaş meydanında ağır məğlubiyyətlər ilə üzləşməsinin ardınca, şəhərlərdə terror aktlarının törədilməsinə üz tutublar.



  • Yazılıb
  • da (də) 2016 Jan 10
  • Göndərən مدير سايت Aran News