Tarix : 2016 Jan 10
Kod 47525

Azərbaycanda haqq və islamçılıq səsini boğmaq mümkün olmayacaq

Urmiyanın imam cüməsi: Dünyanın hər yerində hər kəs İslam, din və Allahdan danışırsa, onu məhv edirlər.
AranNews- Urmiyanın imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Mehdi Qüreyşi bu həftənin cümə namaznın xütbələrində deyib: “Dünyanın hər hansı bir yerində haqq və islamçılıq səsi qalxırsa, onu boğurlar. Buna nümunə olaraq Ərəbistanda Ayətullah Şeyx Nimrin şəhid edilməsini, Nigeriyada şiələrin qətliamı və hüseyniyyənin yerlə yeksan edilməsini, Azərbaycan Respublikasında Nardaran müsəlmanlarının şəhid edilməsi, İraq, Əfqanıstan, Suriya, Yəmən və s. ölkələrdə oxşar hadisələrə işarə etmək olar”.
İmam cümə davam edərək deyib: “Bu hadisələrin baş verməsi ilə doğrudan da axirəz-zəmanın yaxınlaşdığını hiss edirik. Ümid edirik ki, həzrət Vəliyyi-Əsrin (əc) zühurunun müqəddiməsi yaransın, müsəlmanlar izzət və iftixarla dünyaya hakim olsun, tövhid bayrağı dünyanı hər yerində dalğalansın”.
O, Ərəbistan şiələrinin rəhbəri Ayətullah Baqir ən-Nimrin Səudiyyə hökuməti tərəfindən edam edilməsi hadisəsinə toxunaraq deyib: “Ayətullah Şeyx Nimrin nə silahı var idi, nə də silahlı mübarizə edirdi. O təkcə tribunadan çıxış edirdi. Onun istəyi etiqad azadlığı idi”.
Höccətül-islam vəl-müslimin Qüreyşi xütbəsinin davamında deyib: “Qana susamış Ərəbistan hakimləri Şeyx Nimrin sözlərinə dözə bilmədilər və uzun illər boyu ona işgəncə verdilər, zindana saldılar, nəhayət müqəddəs başını bədənindən ayırdılar, şəhid etdilər”.
Vəliyyi-Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi artırıb: “İslam, hətta xristianların yaşadıqları müsəlman ölkəsində klisəsi olmasına, naqus səsləndirməsinə icazə verir. Yaxud yəhudilərin İslam ölkəsində ibadətgahları olmasına və ibadət etmələrinə icazə verir. Bunların hamısını azad etmişdir. Amma özünü İslam ölkələrinin rəhbəri hesab edən Ərəbistan, hətta bir şiə aliminin mikrafon arxasından sözünü deməsinə dözə bilmir. Bizim və bütün müsəlman ölkələrinin bu günləri vəzifəsi, bu məsələni məhkum etməkdir”.
İmam cümə deyib: “Qan tökmək asan bir məsələ deyil. Əmin olun ki, bu qanlar mənfur səudiyyə rejimini məhv edəcək”.
Xütbəsinin digər bir hissəsində 17 dey hicab qadağası gününə toxunan imam cümə deyib: “17 dey günündə nəhs pəhləvi rejimi hicabı qadağan edərək onun açılmasını rəsmi surətdə başladı və bununla camiədə iffətsizliyin və həyasızlığın əsasını qoymağa və yaymağa cəhd etdi. Bütün bu iffətsizliyin günahı o bədbəxtin nameyi-əməlinə yazılacaq və əzabı günbəgün şiddətlənəcək”.
Höccətül-islam vəl-müslimin Qüreyşi hicabın bütün dinlərdə Allahın əmri olduğunu qeyd edərək deyib: “Camiədə hicaba riayət etməmək, yavaş-yavaş ailələrin bünövrəsinin süstləşməsinə səbəb olur və ailə əsaslarının aradan qalxması ilə camiə əxlaqi baxımdan tənəzzülə doğru gedir”.
O əlavə edib: “İffətsizlk və hicabsızlıq şeytanın göstərişidir. Hicab, iffət və həya isə Mütəal Allahın əmridir”.
  • Yazılıb
  • da (də) 2016 Jan 10
  • Göndərən مدير سايت Aran News